...

Azərbaycanın ixrac məhsullarının dəyəri 14 milyard dolları ötüb

İqtisadiyyat Materials 14 Yanvar 2018 15:09 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev - Trend:

2017-ci ilin yanvar-noyabr aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 183 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 114 ölkəyə məhsul ixrac olunub, 176 ölkədən idxal olunub.

Trend-in məlumatına görə, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla, 2017-ci ilin yanvar-noyabr aylarında xarici ticarət dövriyyəsi 21 milyard 809,4 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 14 milyard 018,7 milyon dollar, idxalın dəyəri 7 milyard 790,7 milyon dollar təşkil edib, nəticədə 6 milyard 228,0 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.

2016-cı ilin yanvar-noyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 11,6 faiz artıb, real ifadədə isə 10,9 faiz, o cümlədən ixrac 6,5 faiz, idxal 17,6 faiz azalıb.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, ixracın 31,4 faizini İtaliyaya, 10,5 faizini Türkiyəyə, 4,5 faizini İsrailə, 4,2 faizini Rusiyaya, 3,9 faizini Kanadaya, 3,8 faizini Çexiyaya, 3,6 faizini Almaniyaya, 3,5 faizini Çinə, 3,4 faizini Gürcüstana, 3,2 faizini İndoneziyaya, 3,0 faizini Portuqaliyaya, 2,9 faizini Hindistana, 2,7 faizini Fransaya, 2,4 faizini Ukraynaya, qalan 17,0 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

Ölkəmizə idxal olunmuş məhsulların ümumi dəyərinin 17,5 faizi Rusiya, 14,7 faizi Türkiyə, 9,8 faizi Çin, 8,7 faizi ABŞ, 5,2 faizi Ukrayna, 4,9 faizi Almaniya, 3,6 faizi İtaliya, hər biri 2,7 faiz olmaqla İran və Birləşmiş Krallıq, 2,2 faizi Braziliya, 1,9 faizi Yaponiya, hər biri 1,7 faiz olmaqla Norveç və Fransa, 22,7 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.

2017-ci ilin yanvar-noyabr aylarında 1 milyard 386,7 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2016-cı ilin yanvar-noyabr aylarına nisbətən faktiki qiymətlərlə 24,1 faiz, real ifadədə isə 21,8 faiz çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti