...

Kriptovalyuta YENƏ "çökür"

İqtisadiyyat Materials 24 Yanvar 2018 10:40 (UTC +04:00)
Dünyada ən populyar kriptovalyuta olan bitkoinin ucuzlaşması davam edir.
Kriptovalyuta YENƏ "çökür"

Bakı. Trend:

Dünyada ən populyar kriptovalyuta olan bitkoinin ucuzlaşması davam edir.

Trend-in məlumatına görə, son qiymət 11 min dollara qədər düşüb. Daha dəqiq desək, "CoinMarketCap" portalının məlumatına əsasən, bitkoin 1 faiz və ya 10,67min dollaradək ucuzlaşıb. "Bitfinex" birjasında bitkoinin məzənnəsi 1,52% faiz (10,7 min dollaradək), GDAX-da isə 2,12 faiz (10,6 min dollaradək) ucuzlaşıb.

Alternativ kriptovalyutalar - "Ethereum" 1,59 faiz və ya 970,9 dollaradək, "Ripple" isə 0,65 faiz (1,32 dollara qədər), "Bitcoin Cash" isə 1,13 faiz (1,6 min dollaradək) bahalaşıb.

Kriptovalyuta bazarının kapitallaşması hazırda 510,8 milyard dollar təşkil edir. Bu göstəricinin 35 faizi bitkoinin payına düşür.

Xəbər lenti

Xəbər lenti