...

Deputat: Prezident İlham Əliyevin Davos Forumunda iştirakı Azərbaycanın iqtisadi inkişafına təkan olacaq

İqtisadiyyat Materials 28 Yanvar 2018 19:12 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev - Trend:

Davos Forumu dünyanın iqtisadi beyin mərkəzi kimi səciyyələndirilir və hər il orada aparıcı dövlətlərin rəhbərləri, nümayəndələri, iri şirkətlər, korporasiyalar iştirak edir.

Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev son illər ardıcıl olaraq Davos Dünya İqtisadi Forumunda iştirak edir: “Prezidentin Davos görüşləri hər il uğurla keçir, dövlət rəhbərləri ilə, böyük şirkət rəhbərləri ilə görüşür və Azərbaycanın iqtisadi potensialı ilə bağlı fikir mübadiləsi aparır. Davos Forumu da Azərbaycanda gedən prosesləri izləyir və keçən il forumun "Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycan iki pillə yüksələrək 35-ci yerdə qərarlaşıb, eləcə də inkluziv iqtisadi göstərici baxımından inkişaf etmiş ölkələr arasında 3-cü yerə layiq görülüb”.

A.Hüseynov bildirib ki, Prezident İlham Əliyevin Davos İqtisadi Forumunda iştirak etməsi Azərbaycana investorların marağını daha da artırır və ölkəmizdə iqtisadiyyatın inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir:

“Prezident İlham Əliyevin Davos Forumunda budəfəki iştirakı ölkəmizə marağı daha da artıracaq, çünki ölkəmizin iqtisadi potensialı genişlənib, Azərbaycan Bakı-Tbilisi-Qars və bu kimi digər böyük iqtisadi layihələrin müəllifidir və bu yaxınlarda Qaradağ rayonunda azad iqtisadi zona fəaliyyətə başlayacaq. Bu baxımdan forumda iştirak ölkəmizin iqtisadi inkişaf tempinə böyük bir təkan verəcək".

Qeyd edək ki, Prezident İlham Əliyev yanvarın 22-də Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gedib. Dövlət başçısı Davos Forumu çərçivəsində “Neft və qaz sənayesi siyasəti üzrə liderlərin toplantısı” adlı sessiyada, eyni zamanda “Strateji baxış: Avrasiya” mövzusunda interaktiv iclasda iştirak edib. Bundan başqa Davosa səfəri çərçivəsində Prezident İlham Əliyev bir sıra dövlət və hökumət başçıları, şirkət rəhbərləri ilə görüşlər keçirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti