...

“Atəşgah” 17,3 milyon manat sığorta ödənişi edib

İqtisadiyyat Materials 20 Fevral 2018 13:17 (UTC +04:00)
Azərbaycanın lider sığorta şirkətlərindən olan “Atəşgah" SŞ və “Atəşgah Həyat” SŞ 2017-ci ilin nəticələrini açıqlayıb.
“Atəşgah” 17,3 milyon manat sığorta ödənişi edib

Bakı. Trend:

Azərbaycanın lider sığorta şirkətlərindən olan “Atəşgah" SŞ və “Atəşgah Həyat” SŞ 2017-ci ilin nəticələrini açıqlayıb.

Şirkətdən Trend-ə verilən məlumata görə, “Atəşgah” SŞ-nin 2017-ci il üzrə hesablanmış sığorta haqqı 39, 069 682 AZN olmuşdur. Verilmiş sığorta ödənişləri isə 17, 388 355 AZN təşkil etmişdir ki, bu da 2016-ci il ilə müqayisədə 1, 527 173 AZN (9,63%) çoxdur.

Avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə ödənişlər keçən il 10.804.001 AZN təşkil edib ki, bu da 2016-ci ilin göstəricisi ilə müqayisədə 513.693 AZN (4,99%) çoxdur.

“Atəşgah” Sığorta Qrupuna daxil olan “Atəşgah Həyat” Şirkətində 2017-ci il üzrə hesablanmış sığorta haqları 39.359.348 AZN olub. Bu isə 2016-ci ilin göstəricisi ilə müqayisədə 2.249.352 AZN (6,06%) çox olub. Verilmiş sığorta ödənişləri isə 54.852.968 AZN təşkil edib ki, bu da 2016-ci il ilə müqayisədə 26.539.194 AZN (93,73%) çoxdur. Həyatın yaşam sığortası üzrə isə ödənişlər 52.184.169 AZN olub ki, bu da 2016-ci ilin göstəricisi il ilə müqayisədə 25.124.482 AZN (92,85%) çoxdur.

Ümumilikdə 2017-ci il üzrə İstehsalatda bədbəxt hadisələrdən icbari sığorta üzrə 1.737.978 AZN, həyat sığortasının digər növləri üzrə isə ümumilikdə 53.876.451 AZN ödənilib:

“Geridə qoyduğumuz 2017-ci il, cari ildə bizə daha dayanıqlı olmağı, daha uzaqgörən olmağı öyrətdi. Hazırkı bazar şəraitinə uyğunlaşmaq üçün yeni planlar və strategiyalar qurmağa, onları həyata keçirmək üçün yollar axtarmağa kömək etdi və yeni bazarlarda xidmətlərimizi təklif etməyi tezləşdirdi. Ona görə, 2017-ci ili “Atəşgah” SŞ və “Atəşgah Həyat” SŞ üçün çox müsbət dəyərləndirirəm. Əminəm ki, bu il bizim üçün daha da uğurlu olacaq” – deyə, “Atəşgah” SŞ-nin İdarə Heyətinin sədri Azər Əliyev bildirib.

Yüksək etibarlılıq imicinə sahib olan “Atəşgah” SŞ 1996-ci ildə yaranıb. 2003-cü ildə Azərbaycan sığorta şirkətləri arasında ilk olaraq İSO 9001:2000 beynəlxalq standartı üzrə idarəetmə sistemində keyfiyyətə nəzarət üzrə sertifikat alıb. Şirkət 2014-cü ildən İcbari Sığorta Bürosunun üzvüdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti