...

“AzerGold” QSC-nin rəhbər heyəti Naxçıvana səfər edib (FOTO)

İqtisadiyyat Materials 21 Fevral 2018 12:36 (UTC +04:00)
Fevralın 20-də “AzerGold” QSC-nin rəhbər şəxslərindən ibarət nümayəndə heyəti Naxçıvana səfər edib
“AzerGold” QSC-nin rəhbər heyəti Naxçıvana səfər edib (FOTO)

Bakı. Trend:

Fevralın 20-də “AzerGold” QSC-nin rəhbər şəxslərindən ibarət nümayəndə heyəti Naxçıvana səfər edib.

Cəmiyyətdən Trend-ə verilən məlumata görə, Muxtar Respublikanın iqtisadiyyat nazirliyinin təşkil etdiyi tədbir çərçivəsində “AzerGold” QSC-nin nümayəndələri Göydağ-Əlincə filiz qovşağının Ortakənd-Xanağa sahəsi ilə bağlı təqdimatla çıxış ediblər. Təqdimatda Ortakənd-Xanağa sahəsində sənaye əhəmiyyətli mis-qızıl filizi yataqlarının resursları bazasında dağ-mədən komplekslərinin yaradılması perspektivlərinin araşdırılmasını və planlaşdırılan istismar öncəsi geoloji-kəşfiyyat işlərini əhatə edən işçi proqram haqqında ətraflı məlumat verilib.

Qeyd edək ki, Ortakənd-Xanağa sahəsi məxsusi qızıl, kompleks mis-porfir, epitermal sulfid filizlərinin aşkarlanması baxımından potensial perspektivliyi ilə seçilir. Sahə daxilində Ortakənd mis-porfir, Başkənd-Xanağa səpinti qızıl yataqları, Başkənd mis, Ortakənd-Xanağa köklü qızıl təzahürləri və bir sıra polimetal minerallaşma nöqtələri və çıxışları qeydə alınıb. “AzerGold” QSC 2017-ci ilin 4-cü rübündə Ortakənd-Xanağa sahəsində İtaliyanın aparıcı geofiziki şirkətləri ilə birgə kompleks geofiziki tədqiqatlar aparıb və 2018-ci ildən başlayaraq istismar öncəsi buruq-qazma işlərinə start verməyi nəzərdə tutub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti