...

SKMF İsmayıllıda investisiya layihələrinin qəbuluna başlayıb

İqtisadiyyat Materials 5 Mart 2018 15:06 (UTC +04:00)
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) İsmayıllı rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayıb.
SKMF İsmayıllıda investisiya layihələrinin qəbuluna başlayıb

Bakı. Trend:

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) İsmayıllı rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayıb.

Trend-in nazirliyin saytına istinadən məlumatına görə, fond rayonda işgüzar forum keçirib.

Tədbir çərçivəsində sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədi ilə müzakirələr aparılıb, İsmayıllı rayonu üzrə sahibkarlıq subyektlərindən startap və kənd turizmi layihələri, cins heyvandarlıq, tərəvəzçilik, arıçılıq və intensiv bağçılıq təsərrüfatlarının, pendir istehsalı və otelin yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

Sahibkarlar müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-ə müraciət edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti