“ABAD”çılar əlverişli güzəştli kreditlərdən bəhrələnir (FOTO)

“ABAD”çılar əlverişli güzəştli kreditlərdən bəhrələnir (FOTO)

Bakı. Trend:

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) tabeliyində “ABAD” (Ailə Biznesinə Asan Dəstək) publik hüquqi şəxs və “Azər-Türk Bank” ASC arasında birgə əməkdaşlığa dair Niyyət Protokolu imzalanıb.

Trend-in məlumatına görə, Niyyət Protokoluna əsasən, İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu “ABAD”çıların investisiya layihələrinin dövlətin güzəştli kreditləri hesabına dəstəklənməsini təmin edəcək, “Azər-Türk Bank” ASC həmin kreditləri illik faiz dərəcəsi 4%-dən artıq olmamaqla sahibkarlara çatdırılmasında müvəkkil bank kimi çıxış edəcək, “ABAD” publik hüquqi şəxs isə maliyyələşdirilmiş layihələr hesabına əldə olunmuş məhsulun marketinqinin həyata keçirilməsində sahibkarlara köməklik göstərəcək.

Bununla əlaqədar keçirilən tədbirdə çıxış edən İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev qeyd edib ki, Prezident İlham Əliyevin uğurlu iqtisadi siyasəti ölkədə özəl bölmənin inkişafına və sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə, yeni sahibkarlıq subyektlərinin fəaliyyətə başlamasına təkan verib.

Şirzad Abdullayev İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyəti barədə məlumat verib.

Bildirilib ki, ölkədə sahibkarlığın inkişafına dövlət dəstəyi göstərən maliyyə institutlarından biri olan İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyəti dövründə 34600-dən çox sahibkarın ümumi dəyəri 4,5 milyard manat olan investisiya layihələrinin maliyyələşdirilməsinə 2,1 milyard manatdan artıq güzəştli kredit verilib. Verilmiş kreditlərin 75%-i respublikanın regionlarının, 25%-i isə Bakı qəsəbələrinin payına düşür. Maliyyələşdirilmiş layihələrin 90%-ni isə kiçik həcmli kreditlər təşkil edir. SKMF-nin əsas fəaliyyət istiqamətlərindən biri də sahibkarların maarifləndirilməsidir. Fond tərəfindən indiyədək 48 mindən çox sahibkarın iştirak etdiyi 362 işgüzar forum keçirilib.

Bu gün imzalanan Niyyət Protokolu üzrə birgə əməkdaşlığın üstünlüklərini qeyd edən İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev “ABAD”çıların investisiya layihələrinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdirilməsinin yaratdığı əlavə imkanları, özəl sektorun, o cümlədən kiçik və orta sahibkarlığın inkişafında əhəmiyyətini vurğulayıb.

“ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev “ABAD”ın məqsədləri və fəaliyyət istiqamətləri barədə məlumat verərək bildirib ki, qurum kiçik və orta sahibkarlığın inkişafı, əhalinin məşğulluq səviyyəsinin artırılması, rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək vermək məqsədilə sosialyönümlü layihələr həyata keçirir. “ABAD” mərkəzlərində ailə təsərrüfatlarının formalaşdırılması və inkişaf etdirilməsi üzrə texniki, biznes-konsaltinq, maliyyə, marketinq, logistika və satışın təşkili, brendinq, dizayn və hüquqi yardım üzrə dəstək mexanizmləri tətbiq olunur. “ABAD”çıların istehsal etdiyi məhsulların sertifikatlaşdırılması “bir pəncərə” prinsipi üzrə aparılır.

Tədbirdə çıxış edən “Azər-Türk Bank” ASC-nin İdarə Heyətinin Sədri Orxan Hüseynov bildirib ki, bu gün imzalanan Niyyət Protokolu üzrə nəzərdə tutulmuş layihələrin maliyyələşdirilməsində müvəkkil bank olaraq, “ABAD”çıların investisiya layihələrinə illik faiz dərəcəsi 4%-dən artıq olmamaqla güzəştli kreditlər veriləcək, birgə əməkdaşlıq “ABAD”ın fəaliyyətinin daha da genişlənməsinə öz tövhəsini verəcək.

Tədbir çərçivəsində İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına “Azər-Türk Bank” ASC tərəfindən ət və meyvə emalı, misgərlik, əl işləri və digər sahələrlə məşğul olan 12 sahibkara 150 min manat dövlətin güzəştli kreditləri verilib.

Sonda tədbir iştirakçıları “ABAD”çıların istehsal etdiyi məhsulların sərgisi ilə tanış olublar. Sərgi ziyarətçilər tərəfdən maraqla qarşılanıb.

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu “ABAD” publik hüquqi şəxs ilə birlikdə belə layihələrin maliyyələşdirilməsini davam etdirəcək.

Levandovski 2021-ci ilin ən yaxşı futbolçusu seçilib
Levandovski 2021-ci ilin ən yaxşı futbolçusu seçilib
Tuxel 2021-ci ilin ən yaxşı baş məşqçisi seçilib
Tuxel 2021-ci ilin ən yaxşı baş məşqçisi seçilib
Mendi 2021-ci ilin ən yaxşı qapıçısı seçilib
Mendi 2021-ci ilin ən yaxşı qapıçısı seçilib
Loading Bars
Xəbər lenti
2021-ci ildə ÜDM-in real həcmi 5,6%, qeyrineft sektorunda isə 7,2% artıb - Mikayıl Cabbarov
Azad edilmiş ərazilərə avtobus biletlərinin alınma qaydası açıqlanıb
Ağdam və Şuşaya ediləcək marşrut səfərlərinin sayı açıqlanıb
Azərbaycanda yeddi mindən çox əcnəbiyə iş icazəsi verilib
Azərbaycan həmişə beynəlxalq öhdəliklərini yerinə yetirib - Ali Məhkəmənin sədr müavini
Bakı-Şuşa və Bakı-Ağdam avtobus marşrutlarının istifadəyə verilmə tarixi və qiymətlər açıqlandı
Azad edilmiş ərazilərə sərnişindaşımaya start verilir
Azərbaycana sığınacaq axtarmaq üçün gələnlərin sayı artacaq - Çingiz Əsgərov
Qarabağa səfərlərlə bağlı sayt yaradılıb
İkinci Qarabağ müharibəsinə qədər 10 mindən çox qaçqına hüquqi yardımlar göstərilib - BMT QAK (FOTO)
Göyçayda qayınatasının həyətində atəş açan şəxs saxlanılıb
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Azərbaycana təşəkkür edib
Hərbi Akademiyada Bolqarıstanın nümayəndə heyəti ilə görüş keçirilib (FOTO/VİDEO)
Dillər Universitetində çin dilinin müəllimləri üçün elmi-metodiki seminar keçirilib
"Xızı-Abşeron" Külək Elektrik Stansiyasının ölkəmiz üçün faydaları böyük olacaq - Səttar Möhbalıyev
Ova cəhd edən şəxs cəzalandırılıb
Kapital Bank 2021-ci ilin nəticələrini elan edib
Şəkidə ev yanıb
65 toyda monitorinq keçirilib, 4 nəfər cərimələnib
Xarici valyutaların manata qarşı məzənnələri
İmişlidə brakonyerliyə qarşı reyd keçirilib, sintetik tor və qanunsuz ov qurğuları məhv edilib
NATO qarşıdakı dövrdə Azərbaycanla geniş praktiki əməkdaşlığı davam etdirməyə ümid edir
Ağstafa sakinində narkotik və silah aşkar edilib (FOTO/VİDEO)
Saatlıda gecə saatlarında fəaliyyət göstərən kafe aşkarlanıb
"Brent" markalı neftin qiyməti 87 dolları ötüb
Almatıda qanunsuz aksiyalarda iştiraka görə saxlanılanların sayı 2,7 min nəfəri ötüb
Türkiyədə 5 bal gücündə zəlzələ baş verib
Mingəçevir Dövlət Universitetində “20 Yanvar faciəsi Azərbaycan tarixinin şərəf və qəhrəmanlıq səhifəsidir” mövzusunda dəyirmi masa keçirilib (FOTO)
"Netflix"in işində qüsurlar yaranıb
Kanadada qar fırtınası səbəbilə baş verən qəzalarda 12 nəfər xəsarət alıb
Türkiyədə son sutka koronavirusa 60 mindən artıq yoluxma qeydə alınıb
Ərəb koalisiyası Yəmənin paytaxtına zərbələr endirib, ölənlər var
Şimali Koreya taktiki idarə olunan raketləri sınaqdan keçirib
ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri koronavirusa yoluxub
BMT-nin Baş katibi dünyanı növbəti pandemiyaya hazırlaşmağa çağırıb
"Georgian Airways" aviaşirkəti 150 milyon dollara satışa çıxarılıb
Türkiyə Gürcüstanın "3+3" formatında danışıqlarda iştirakını dəstəkləyir
Avropada "omikron"a görə karantin sərtləşdirilir, Azərbaycanda vəziyyətin sabit qalması üçün nə etməliyik?
Əfqanıstanda zəlzələ nəticəsində 26 nəfər ölüb
Levandovski 2021-ci ilin ən yaxşı futbolçusu seçilib
Ceyhun Bayramov Monteneqro parlamentinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib (FOTO)
Tuxel 2021-ci ilin ən yaxşı baş məşqçisi seçilib
Qazaxda Heydər Əliyev Fondunun təşəbbüsü ilə yeni məktəb binası inşa olunub (FOTO)
Mendi 2021-ci ilin ən yaxşı qapıçısı seçilib
Dünyada koronavirusa yoluxanların sayı 325 milyonu keçib
Ombudsman Şamaxıda sosial xidmət müəssisəsinə yerləşdirilən uşaqlarla görüşüb (FOTO)
Qəbələdə avtomobildə köməksiz vəziyyətdə qalan şəxslər xilas edilib
Ermənistanda Azərbaycan tərəfindən qaytarılan 6 hərbçi həbs edilib
Qarabağda həyata keçirilən bərpa-quruculuq layihələrində TDMMB ilə əməkdaşlıq imkanlarını müzakirə edilib
Diaqnostik qiymətləndirilmədən keçmiş peşə təhsili müəssisələrinin müəllimlərinin maaşı artırılıb
Azərbaycan əhalisi vəsaitlərini əsasən hansı məhsullara xərcləyir?
Azad edilmiş ərazilərin bərpası dövlət siyasətinin başlıca istiqamətlərindən biridir - TƏHLİL
2050-ci ilədək hidrogen dünya enerji istehlakının 10 faizdən çoxunu əhatə edəcək
Azərbaycan məhsullarını əsasən bu ölkələrə ixrac edib
"Washington Post" qəzetində portuqaliyalı səyahətçinin Xınalıq kəndinə səfəri barədə material dərc olunub (FOTO)
AQTA bioloji fəallığa malik qida əlavələri ilə bağlı xəbərdarlıq edib
Öldürmüşəm, yaxşı eləmişəm... - Gəlinini amansızlıqla öldürən qayınata (VİDEO)
Mingəçevir Dövlət Universitetində növbəti “Açıq qapı” Günü keçiriləcək
Şamaxıda baxımsız qalan uşaqların anası reabilitasiya prosesinə cəlb olunub
20 Yanvar 1990-cı il müstəqillik yolunda qanla yazılmış qəhrəmanlıq tarixidir (FOTO)
ADPU-nun yubiley nəşrləri haqqında vikipediyada məqalələr yaradılıb
Baş nazir Əli Əsədov Monteneqro parlamentinin sədri ilə görüşüb
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 359 nəfər COVID-19-a yoluxub, 8 nəfər vəfat edib
Bu il Dövlət Məşğulluq Agentliyi beynəlxalq sertifikatlara uyğun mütəxəssis hazırlığı həyata keçirəcək
Bu müəllimlərin maaşı artırıldı
Üç azyaşlı İran vətəndaşı dövlət sərhədini pozaraq Azərbaycan tərəfə keçib
Polşada bıçaqlı şəxs sakinlərə hücum edib, yaralılar var
“Human Rights Watch”un Azərbaycana qarşı qərəzli mövqeyi davam edir - “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO/VİDEO)
SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodu “Axens” şirkəti ilə müqavilələr imzalayıb (FOTO)
Yanvarın 18-nə USD/AZN rəsmi məzənnəsi
ADNSU HORIZON 2020 proqramı çərçivəsində beynəlxalq layihədə tərəfdaş kimi iştirak edəcək
DİM hazırlıq kurslarında iştirak etmək istəyənlərə müraciət edib
Əfqanıstanda güclü zəlzələ olub
Dünya iqtisadiyyatında yaşanan inflyasiyanın səbəb və həll yolları - TƏHLİL
Bakının bu rayonunda yaşayış binaları sökülür (FOTO)
Talış kəndinə su xəttinin çəkilişi yekunlaşıb, Suqovuşanda isə işlər başa çatmaq üzrədir (FOTO)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunan yeniyetmələrin sayı açıqlanıb
Bakıda bir avtobus ağaca çırpılıb, ikisi isə toqquşub
Havanın temperaturu koronavirusun yayılmasına necə təsir edir? - AÇIQLAMA
Şərqşünaslıq İnstitutunun əməkdaşı V Tokio Zirvəsində çıxış edib (FOTO)
“Məhkəmələr və hakimlər haqqında” qanuna edilən dəyişiklik təsdiqləndi
Bu il dünyada işsizlərin sayı 200 milyonu ötəcək - BMT
Uşaqların hüquqlarının qorunması cəmiyyət qarşısında duran əsas vəzifələrdən biridir
Tərtərdə yanğın baş verib (FOTO)
Azərbaycanda ötən ay ərzində bahalaşan və ucuzlaşan məhsullar açıqlanıb
Müddətli əmək müqaviləsi üzrə sığorta stajı azaldılıb
Məktəblərdə 20 Yanvarla bağlı xüsusi dərslər keçiriləcək
Əbu-Dabidə yanğın və partlayışlar baş verib, ölənlər var
Bakının bu hissəsində yerüstü piyada keçidinin inşası təxirə salınıb? - AÇIQLAMA (FOTO)
İranda daha 20 nəfər koronavirusdan ölüb
Prezident İlham Əliyevlə Monteneqro parlamentinin sədri arasında videoformatda görüş olub (FOTO/VİDEO) (YENİLƏNİB)
Əfsanəvi opera, qüsursuz ifalar, parlaq aktyorluq - Traviata təqdim olundu (FOTO/VİDEO)
AHİK 20 Yanvar şəhidlərinin ailələrinə maliyyə dəstəyi göstərib
Həssas qruplar üçün kiçik bizneslər yaradılır (FOTO)
İranın mədəniyyət naziri koronavirusa yoluxub
Bölük komandirləri ilə təlim toplanışları keçirilib (FOTO/VİDEO)
Karantini pozan SPA mərkəzinin sahibi və müştəriləri cərimələnib
Səudiyyə Ərəbistanı ilk dəfə Qış Olimpiya Oyunlarına qatılır
DİN Aqil Abbasın oğlunun töhmət alması xəbərini təkzib etdi
Bütün xəbərlər