...

“Azərbaycan Hava Yolları” və “Silk Way Travel” Moskvada turizm sərgisində iştirak edib (FOTO)

İqtisadiyyat Materials 15 Mart 2018 17:19 (UTC +04:00)
“Azərbaycan Hava Yolları” və “Silk Way Travel” Moskvada MITT-2018 turizm sərgisində iştirak edib
“Azərbaycan Hava Yolları” və “Silk Way Travel” Moskvada turizm sərgisində iştirak edib (FOTO)

Bakı. Trend:

Moskvada milli aviadaşıyıcı "Azərbaycan Hava Yolları" və AZAL-ın əsas tərəfdaşı – “Silk Way Travel” turizm agentliyinin də iştirak etdiyi "Səyahət və turizm" MITT 2018 25-ci yubiley beynəlxalq sərgisi başa çatıb.

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, AZAL və “Silk Way Travel” Mədəniyyət və Turizm Nazirliyi, eləcə də digər yerli şirkətlər ilə birgə "Azərbaycan" vahid stendində öz aviasiya və turizm imkanlarını təqdim ediblər.

Sərgi çərçivəsində həmçinin əməkdaşlıqda maraqlı olan xarici turizm operatorları, korporativ müştərilər, turizm sahəsinin nümayəndələri ilə turizm sahəsində əməkdaşlığın yaradılması və inkişafı məqsədi ilə görüşlər və danışıqlar keçirilib. Sərgi iştirakçıları və ziyarətçilərinə Azərbaycanın ilk loukost aviaşirkəti “Buta Airways” haqqında aktual və faydalı məlumat təqdim olunub. Sərgi ziyarətçiləri loukosterin marşrut şəbəkəsinin istiqamətləri və onu digər aşağı büdcəli aviaşirkətlərdən fərqləndirən cəhətlərlə tanış olublar.

Turizm agentliyi bazarında ən böyük şirkətlərindən biri – “Silk Way Travel” sərginin qonaqlarını Azərbaycanın turizm sektorunun sərfəli təklifləri ilə tanış edib. Sərgi çərçivəsində ziyarətçilər qarşıdakı turizm mövsümünün tendensiyaları, maraqlı istiqamətlər, turizm sektorunun perspektivləri və s. tanış olublar.

MITT-2018 sərgisinin bütün iş günləri ərzində ənənəvi olaraq turizm biznesinin aktual məsələləri üzrə konfranslar, seminarlar və məsləhətləşmələr, yeni istiqamətlərin və xidmətlərin təqdimatlarından ibarət geniş işgüzar proqram olub.

MITT 2018 - MDB regionunun və digər ölkələrin turizm biznesi nümayəndələrinin ən geniş auditoriyasının toplaşdığı, turizm sahəsinin oyunçuları üçün ən böyük tədbirdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti