...

İran Naxçıvana tibbi xidmətlər ixrac etməyə hazırdır

İqtisadiyyat Materials 7 Aprel 2018 17:22 (UTC +04:00)
İran Naxçıvan Muxtar Respublikasına tibbi xidmətlərin ixracını təşkil etməyə hazırdır
İran Naxçıvana tibbi xidmətlər ixrac etməyə hazırdır

Bakı. İlkin Şəfiyev - Trend:

İran Naxçıvan Muxtar Respublikasına tibbi xidmətlərin ixracını təşkil etməyə hazırdır.

Trend-in məlumatına görə, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovla görüşü zamanı deyib.

Nazir qeyd edib ki, bu, həmçinin iranlı həkimlərin Naxçıvan xəstəxanalarında xidmətlər göstərməsini nəzərdə tutur:

“Səhiyyə, birgə əczaçılıq müəssisələrinin yaradılması, turizm, nəqliyyat, sənaye heyvandarlığı sahələrində əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanlar mövcuddur”.

Tərəflər arasında əməkdaşlığın cari səviyyəsindən danışan nazir bildirib ki, artıq elektrik enerjisi istehsalı və bənd tikintisi sahələrində birgə layihələr reallaşdırılır.

Qeyd edək ki, İranın xarici işlər naziri Naxçıvan Muxtar Respublikasına Azərbaycana ikigünlük səfəri zamanı gedib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti