...

FAO Azərbaycanda 3 layihəyə start verəcək

İqtisadiyyat Materials 24 Aprel 2018 10:57 (UTC +04:00)
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Azərbaycanla tərəfdaşlıq proqramı çərçivəsində mayda 3 layihəyə start verəcək.
FAO Azərbaycanda 3 layihəyə start verəcək

Bakı. İlkin Şəfiyev - Trend:

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Azərbaycanla tərəfdaşlıq proqramı çərçivəsində mayda 3 layihəyə start verəcək.

Trend-in məlumatına görə, bunu FAO nümayəndəsi Natəvan Aslanova bildirib.

O qeyd edib ki, bu layihələrdən biri ölkədə heyvandarlığın inkişaf etdirilməsi, digər layihə damazlıq heyvanların cins tərkibinin yaxşılaşdırılması ilə bağlıdır:

"Üçüncü layihə isə toxumluq kartof istehsalına başlanılması ilə bağlıdır. Bundan başqa, daha iki layihənin də həyata keçirilməsi gözlənilir. Bunlardan biri fındıq istehsalı və fındıq istehsalında dəyər zəncirinin inkişaf etdirilməsi, digər layihə isə arıçılıqla bağlı olacaq".

N.Aslanova deyib ki, “Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatının inkişafı və institusional bacarıqların artırılması” adlı layihə çərçivəsində yaxın 7 il üçün Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatının inkişafı üzrə proqram hazırlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti