...

“AzerGold” QSC İqtisadiyyat Nazirliyi ilə birgə Çovdarda ağacəkmə aksiyası və iməcilik keçirib (FOTO)

İqtisadiyyat Materials 27 Aprel 2018 17:07 (UTC +04:00)
Daşkəsən rayonunun Çovdar kəndində ağacəkmə aksiyası və iməcilik keçirilib.
“AzerGold” QSC İqtisadiyyat Nazirliyi ilə birgə Çovdarda ağacəkmə aksiyası və iməcilik keçirib (FOTO)

Bakı. Trend:

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti İqtisadiyyat Nazirliyinin Gəncə-Qazax regional bölməsi ilə birgə aprelin 27-də Daşkəsən rayonunun Çovdar kəndində ağacəkmə aksiyası və iməcilik keçirib.

Səhmdar Cəmiyyətdən Trend-ə verilən məlumata görə, aksiya çərçivəsində Çovdar filiz emalı sahəsi ərazisində 300-dən çox ağac və kol əkilib, Çovdar filiz emalı sahəsinin girişindən Quşçu kəndinədək olan yol ətrafı ərazi tullantılardan təmizlənib. İməcilik zamanı toplanan plastik tullantılar və pet qablar ümumi tullantı həcmindən ayrılaraq təkrar emala təhvil verilib. 100-dən çox insanın iştirak etdiyi tədbir bölgədə ekoloji tarazlığın qorunmasına töhfə vermək və əhalini bu işdə həmrəy olmağa çağırmaq məqsədilə keçirilib.

Qeyd edək ki, “AzerGold” QSC ildə 2 dəfə olmaqla mütəmadi yaşıllaşdırma aksiyaları təşkil edir. Ümumilikdə, Çovdar filiz emalı sahəsində baş tutan yaşıllaşdırma tədbirləri zamanı 15 hektara yaxın ərazidə 7 mindən çox ağac və kol əkilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti