...

“World Mining” jurnalında Azərbaycanın əlvan metal sənayesinə həsr olunan məqalə dərc edilib (FOTO)

İqtisadiyyat Materials 2 May 2018 11:04 (UTC +04:00)
Mədən sənayesində dünyanın aparıcı və məşhur nəşrlərindən biri olan Böyük Britaniyanın “World Mining” jurnalında “Azərbaycanın əlvan metal sənayesi yeni inkişaf mərhələsində” başlıqlı geniş məqalə dərc edilib.
“World Mining” jurnalında Azərbaycanın əlvan metal sənayesinə həsr olunan məqalə dərc edilib (FOTO)

Bakı. Trend:

Mədən sənayesində dünyanın aparıcı və məşhur nəşrlərindən biri olan Böyük Britaniyanın “World Mining” jurnalında “Azərbaycanın əlvan metal sənayesi yeni inkişaf mərhələsində” başlıqlı geniş məqalə dərc edilib.

Trend-in məlumatına görə, məqalədə Azərbaycanda yaradılan əlverişli investisiya mühiti, hökm sürən sosial-iqtisadi və ictimai-siyasi sabitlik, hökumətin qeyri-neft sektorunun inkişafını dəstəkləməsi və mədən sənayesinin perspektivlərindən geniş söhbət açılıb. Qeyd olunub ki, mədən sənayesində mövcud potensialı reallaşdırmaq üçün Prezidentin Sərəncamı ilə “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti yaradılıb. Sərəncama əsasən Cəmiyyətə ölkə ərazisində yerləşən perspektivli əlvan metal sahələrinin tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması həvalə edildiyi diqqətə çatdırılıb.

Məqalədə “AzerGold” QSC-nin Çovdar filiz emalı sahəsindən 2017-ci ildə 77,340 milyon dollar dəyərində qiymətli metal ixrac etdiyindən bəhs olunub. Bununla yanaşı, Avropanın ən iri polimetal yataqlarından biri olan Balakəndəki Filizçay yatağında aparılan qiymətləndirmə işləri, həmçinin Balakəndə yerləşən digər yataqda – Mazımçayda, Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən Ortakənd-Xanağa səhəsində, Göygöl rayonu ərazisində yerləşən Kürəkçay sahəsində, Şəmkir rayonu ərazisində yerləşən Qaradağ yatağında həyata keçirilən davamlı fəaliyyət jurnal səhifələrində işıqlandırılıb.

Korporativ Sosial Məsuliyyət beynəlxalq səviyyəli hasilatçı şirkətlərdə olduğu kimi “AzerGold” QSC-nin fəaliyyətində də əhəmiyyətli yer tutduğuna görə məqalədə bu istiqamətə xüsusi diqqət ayrılıb. Çovdar filiz emalı sahəsində çalışan insanların əksəriyyətinin ətraf bölgələri təmsil etdiyi, yerli icmalarla mütəmadi görüşlərin təşkil olunduğu, onların sosial rifahının yaxşılaşdırılması üçün sosial dəstək layihələrinin icra edildiyi, ətraf mühitin mühafizəsi istiqamətində tədbirlərin həyata keçirildiyi bildirilib.

Qeyd edək ki, “World Mining” jurnalının dünyanın 40-dan çox ölkəsində top-menecerlər, direktorlar və potensial investorları əhatə edən 70 mindən çox oxucu auditoriyası var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti