...

Kriptovalyuta bazarında QİYMƏTLƏR yenə oynadı

İqtisadiyyat Materials 10 May 2018 13:55 (UTC +04:00)
Dünyanın ən populyar kriptovalyutası olan bitkoin bahalaşır
Kriptovalyuta bazarında QİYMƏTLƏR yenə oynadı

Bakı. Trend:

Dünyanın ən populyar kriptovalyutası olan bitkoin bahalaşır.

Trend-in məlumatına görə, mütəxəssislər bitkoinin qiymətinin yaxın günlərdə də artmaqda davam edəcəyini proqnozlaşdırır.

Belə ki, "CoinMarketCap" portalının məlumatlarına əsasən, bitkoinin qiyməti 3,27% bahalaşaraq 9,367 dollar təşkil edib.

Alternativ kriptovalyutaların qiymətində də artım qeydə alınıb. Belə ki, "Ethereum" 5,51% və ya 763,88 dollaradək, "Ripple" 3,46% (0,8 dollara qədər), "Bitcoin Cash" isə 10,22% (1658,74 dollaradək) bahalaşıb.

Kriptovalyuta bazarının kapitallaşması hazırda 437,3 milyard dollar təşkil edir və bunun 36,5 faizi bitkoinin payına düşür.

Xəbər lenti

Xəbər lenti