...

Bakı-Ələt-Qazax avtomobil yolunda hərəkət məhdudlaşdırılıb

İqtisadiyyat Materials 1 İyun 2018 10:42 (UTC +04:00)
Bakı-Ələt-Qazax avtomobil yolunun 14-320 km-də (hər iki tərəf) yol nəqliyyat qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır.
Bakı-Ələt-Qazax avtomobil yolunda hərəkət məhdudlaşdırılıb

Bakı. Trend:

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün saat 09:30-dan Bakı-Ələt-Qazax avtomobil yolunun 14-320 km-də (hər iki tərəf) yol nəqliyyat qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır.

Bu barədə "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən Trend-ə məlumat verilib.

Buna görə də, sözügedən avtomobil yolunda hərəkət axşam saatlarına qədər bir zolaq üzrə (digər hərəkət zolaqları açıqdır) hissə-hissə məhdudlaşdırılacaq.

Bununla əlaqədar olaraq sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti