...

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin layihələri UNESCO-da təqdim olunub (FOTO)

İqtisadiyyat Materials 22 İyun 2018 12:48 (UTC +04:00)

Bakı. Trend:

Parisdə UNESCO-nun baş qərargahında “İnformasiya hamı üçün” proqramı (IFAP) üzrə Hökumətlərarası Şuranın 10-cu sessiyası keçirilib.

Trend-in məlumatına görə, sessiya çərçivəsində Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin təşəbbüsü ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndə heyəti tərəfindən IFAP proqramının prioritet sahələrinə uyğun olaraq ölkəmizdə informasiya cəmiyyətinin qurulması sahəsində əldə olunmuş nailiyyətlər, uğurlu təcrübələr və mövcud vəziyyətin inkişafı ilə bağlı aparılan işlər barədə geniş təqdimat keçirilib.

Sessiyada çıxış edən Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin rəhbəri, səfir Anar Kərimov IFAP-ın prioritetləri sahəsində ən yaxşı təcrübəsini və nailiyyətlərini bölüşmək üçün Azərbaycana yaradılan imkana görə hökumətlərarası şuranın “İnformasiya hamı üçün” proqramının bürosuna və katibliyinə təşəkkür edib. İnformasiya və kommunikasiya texnologiyalarının sülhün və mədəniyyətlərarası dialoqun təşviqində roluna toxunaraq, ölkəmizin IFAP proqramını dəstəklədiyini bildirib. IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda IFAP-ın “Kiberməkanda ekstremizmə qarşı mübarizənin mədəniyyət ölçüləri: zorakılığa yol açan gənclərin radikallaşması” adlı panelini xatırladıb. İKT-nin davamlı inkişafı sahəsində ölkəmizin siyasətindən söhbət açıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi Rəşad Əzizovun ölkəmizdə informasiya cəmiyyətinin qurulması sahəsində əldə olunmuş nailiyyətlərə dair təqdimatı dinlənilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti