...

Bakı-Ələt-Qazax avtomobil yolunda hərəkət məhdudlaşdırılır

İqtisadiyyat Materials 3 İyul 2018 12:49 (UTC +04:00)
Bakı-Ələt-Qazax avtomobil yolunda hərəkət məhdudlaşdırılır
Bakı-Ələt-Qazax avtomobil yolunda hərəkət məhdudlaşdırılır

Bakı. Samir Əli - Trend:

Respublika ərazisində nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Ələt-Qazax avtomobil yolunun 57 kilometrliyində yol nəqliyyat qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılacaq

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Tredn-ə verilən məlumata görə, bu üzdən yolda hərəkət iş aparılan bir zolaq üzrə (digər hərəkət zolaqları açıqdır) hissə-hissə məhdudlaşdırılacaq.

Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti