...

AtaBank-ın Cash-in bankomatları artıq istifadənizdə!

İqtisadiyyat Materials 5 İyul 2018 12:26 (UTC +04:00)
Daim yüksək xidmət səviyyəsi ilə seçilən "AtaBank" ATM şəbəkəsini yeniləyərək 3 yeni Cash-in tipli bankomatı müştərilərinin xidmətinə təqdim edib.
AtaBank-ın Cash-in bankomatları artıq istifadənizdə!

Bakı. Trend:

Daim yüksək xidmət səviyyəsi ilə seçilən "AtaBank" ATM şəbəkəsini yeniləyərək 3 yeni Cash-in tipli bankomatı müştərilərinin xidmətinə təqdim edib.

Artıq "AtaBank"ın plastik kart istifadəçiləri bu bankomatlar vasitəsilə hesablarına dərhal vəsait mədaxil edə biləcəklər. Bu da onlara əməliyyatlarını vaxt itirmədən, daha rahat və sürətli həyata keçirmək imkanı yaradacaq.

Bu terminallardan yalnız bank müştəriləri istifadə edə biləcəklər.

Cash-in bankomatları ilə bağlı "AtaBank" ASC-nin Marketinq və Kommunikasiyalar Departamentinin direktoru Oruc İbrahimov bildirib ki, müştəri məmnunluğuna daim önəm verən "AtaBank" yeni məhsul və xidmətləri ilə müştərilərini sevindirərək hər zaman bir addım öndə olmağa çalışır. Gələcəkdə "AtaBank"ın ATM şəbəkənin genişləndirilməsi və daha bir neçə bankomatın Cash-in tipli bankomatlarla əvəz edilməsi planlaşdırılır.

Cash-in ATM-lərin quraşdırıldığı ünvanlar:

"Dostluq" filialı - Azadlıq prospekti, 124;

"Bakı" filialı - Neftçilər prospekti, 67;

"28 May" metro stansiyasının daxilində - əsas giriş.

Bankomatlar və ödəmə terminalları haqqında daha ətraflı məlumatı bu linkə daxil olmaqla əldə edə bilərsiniz.

1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC 100 faiz yerli kapitala malik, qabaqcıl texnologiyalı universal Azərbaycan bankıdır. Bank Bakıda və ölkənin müxtəlif regionlarında korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

Xəbər lenti

Xəbər lenti