...

Bitkoin cüzi ucuzlaşıb

İqtisadiyyat Materials 9 İyul 2018 23:16 (UTC +04:00)
Dünyada ən populyar kriptovalyuta olan bitkoin son sutka ərzində cüzi ucuzlaşıb
Bitkoin cüzi ucuzlaşıb

Bakı. Trend:

Dünyada ən populyar kriptovalyuta olan bitkoin son sutka ərzində cüzi ucuzlaşıb.

Trend-in məlumatına görə, mütəxəssislər yaxın zamanlarda bitkoinin qiymətinin sabit səviyyədə qalacağını ehtimal edir.

"CoinMarketCap" portalının məlumatına əsasən bitkoinin qiyməti 0,92% ucuzlaşaraq 6 767 dollar təşkil edib.

Alternativ kriptovalyutalar da cüzi ucuzlaşıb. Belə ki, "Ethereum" 1,78% və ya 484,47 dollaradək ucuzlaşıb, "Ripple" 2,86% (0,47 dollara qədər), "Bitcoin Cash" 3,04% (748,52 dollaradək) ucuzlaşıb.

Kriptovalyuta bazarının kapitallaşması hazırda 273,628 milyard dollar təşkil edir və bunun 42 faizi bitkoinin payına düşür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti