...

Agentlik sədri: Fəaliyyətimizin təşkilində sahibkar çağırışlarına xüsusi önəm verəcəyik (FOTO)

İqtisadiyyat Materials 28 İyul 2018 15:23 (UTC +04:00)
Fəaliyyətin səmərəsini sahibkarların Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətindən olan gözləntilərinin doğrulma səviyyəsi ilə müəyyən edəcəyik.
Agentlik sədri: Fəaliyyətimizin təşkilində sahibkar çağırışlarına xüsusi önəm verəcəyik (FOTO)

Bakı. Trend:

Fəaliyyətin səmərəsini sahibkarların Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətindən olan gözləntilərinin doğrulma səviyyəsi ilə müəyyən edəcəyik.

Trend-in məlumatına görə, bu fikirləri bu gün “Xammaldan son məhsula qədər dəyər zəncirinin təşkili” mövzusunda keçirilmiş tədbirdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov səsləndirib.

Tədbiri iri müəssisələrlə kiçik və orta müəssisələr arasında əməkdaşlığın real nümunəsi, bu əlaqələrin qarşılıqlı faydalarının və KOB sektorunun inkişafı baxımından əhəmiyyətinin təzahürü kimi səciyyələndirən O.Məmmədov, bu müsbət təcrübənin öz pozitiv nəticələri ilə digər sektorlarda da tətbiq üçün stimullaşdırıcı rol oynayacağını vurğulayıb.

Çıxışında Agentliyin yaradılmasını, dövlət başçısı tərəfindən sahibkarlığın inkişafına göstərilən diqqət və qayğının daha bir göstəricisi kimi qiymətləndirən O.Məmmədov qurumun fəaliyyət istiqamətləri, həyata keçirdiyi tədbirlər və perspektiv planları barədə geniş məlumat verib.

Agentliyin fəaliyyətinin təmin edilməsi ilə bağlı ölkə Prezidentinin məlum fərmanını KOB sektorunun inkişafı ilə bağlı köklü dəyişikliklərə səbəb olacaq tapşırıqları əhatə edən mühüm sənəd kimi səciyyəndirərək, hazırda Agentlik tərəfindən bu tapşırıqların keyfiyyətli icrası istiqamətində sistemli tədbirlərin həyata keçirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

O.Məmmədov Agentlik tərəfindən kiçik və orta biznes subyektlərinin fəaliyyətini stimullaşdıran mexanizmlərin yaradılması, sahibkarların maraqlarının müdafiəsi, biznes mühitinin əlverişliliyinin daha da artırılması, bu mühitdə sahibkarların öz fəaliyyətini düzgün təşkil edilməsi ilə bağlı onlara göstəriləcək dəstək xidmətləri, mövcud dövlət dəstək mexanizmlərindən KOB-ların maneəsiz yararlanmasına imkan verəcək mexanizmlərin yaradılması, dövlət-sahibkar xidmətlərinin səmərəli təşkili kimi istiqamətlərdə həyata keçirilən tədbirlərə toxunaraq, fəaliyyətin təşkilində sahibkar çağırışlarına xüsusi önəm veriləcəyini vurğulayıb:

“Fəaliyyətimiz öncül istiqamətlərindən biri KOB sektorunun dünya praktikasında uğurla tətbiq edilən təşkilati modellər daxilində dəstəklənməsidir. Bu baxımdan, klasterlərin yaradılması və fəaliyyət təcrübəsi öyrənilmiş və hazırda bu təcrübənin tətbiqi istiqamətində zəruri hüquqi və iqtisadi əsasların yaradılması üzrə işlər aparılmaqdadır".

Qurumun fəaliyyətinin səmərəsininin sahibkarların qurumun fəaliyyətindən olan gözləntilərinin doğrultma səviyyəsi ilə müəyyən ediləcəyini vurğulayan sədr bu baxımdan, sahibkarları Agentliklə sıx əməkdaşlığa dəvət edib.

Tədbir çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Sumqayıt Kimya Sənaye Parkı, Socar Polimer ilə bir sıra şirkətlər arasında Anlaşma Memorandumları imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti