Unibank “Agile” Transformasiya həyata keçirərək İT İnnovasiyalar Mərkəzi yaradır - MÜSAHİBƏ (FOTO)

Unibank “Agile” Transformasiya həyata keçirərək İT İnnovasiyalar Mərkəzi yaradır - MÜSAHİBƏ (FOTO)

Bakı. Trend:

Unibank son zamanlar dünya təcrübəsində ən yeni menecment yanaşmalarından olan və bir çox sahədə effektivliyinə görə köhnə sistemi üstələyən Agile sisteminə keçir və İnnovasiyalar Mərkəzinin yaradılmasına başlayıb. Agile nədir? Hansı üstünlükləri var? Yeni İT İnnovasiyalar Mərkəzində nələr olacaq? Unibankın yeni menecment yanaşması ilə bağlı bu və digər sualları bankın Təşkilati inkişaf və İnsan kapitalı departamentinin direktoru İlkin Quliyev cavablandırıb.

- Azərbaycan bazarı üçün çox yeni olan Agile nədir? Unibank olaraq niyə bu sistemə keçməyi qərara aldınız?

- Agile - dəyişikliklərə tez reaksiya verə bilən mənasındadır və məhsullara, xidmətlərə olan tələblərə, ümumiyyətlə bazarda baş verən bütün dəyişikliklərə çevik reaksiya verə bilmək üçün bir yanaşmadır. Əsas üstünlüyü əvvəl struktur daxilində çalışan əməkdaşların konkret layihələrdə və konkret məhsullar üzərində birgə çalışmalarıdır. Biz agile transformasiyasına artıq başlamışıq. Digər əməkdaşlarla yanaşı 2 şöbə müdiri, 2 ekspert və bir departament direktorunun olduğu komandada hamı bərabərdir, yəni, menecer, rəhbər, boss anlayışları yoxdur. Ancaq məhsula tələblərin necə olduğunu deyən Product Owner (Məhsul Sahibi), komandanı motivasiya edən, işin gedişatını yoxlayan və onlara dəstək olan Scrum Master var, vəssalam. Komanda daxilində nə horizontal, nə də vertikal subordinasiyalar mövcud deyil. Ümumi götürsək, Agile struktur idarəetmənin ləğvi və daha rahat və çevik çalışmaq deməkdir.

- Agile ideyası haradan gəldi?

- Hər şey mövcud vəziyyətin analizi ilə başladı. Biz bir məsləhətçimizlə bank üçün ən vacib layihələrdən birinin icrası zamanı operativ şəkildə dəyişiklik və inkişaf təşəbbüslərində çıxış edən və buna cavabdehlik daşıyan bir bölümə ehtiyac olduğunu gördük. Çıxış yollarını müzakirə edərkən, ağlımıza dünyada son zamanlar trend olan agile yanaşma gəldi. Rusiyada agile transformasiyasını uğurla həyata keçirmiş qabaqcıl şirkətlərin təcrübəsini araşdıraraq, bu proseslə həmin şirkətlərin bir neçəsində birbaşa tanış olmaq qərarına gəldik.

Rusiyanın ən böyük bankı və aktivlərinə görə dünyanın böyük banklarından biri hesab edilən Sberbank da artıq bir neçə ildir ki, Agile sistemindən istifadə edir. Tək Sberbank deyil, başqa şirkətlər, o cümlədən Alfa-bank və ən böyük sistem inteqratorlarından biri olan Krok şirkəti agile transformasiyasını uğurla həyata keçirib. Biz də onların təcrübəsini daha yaxından öyrənmək üçün 17-18 nəfərdən ibarət orta və top-menecment komandamızla Moskvaya getdik və qeyd etdiyim şirkətlərdə agile-ın necə tətbiq olunduğunu izlədik, bu mövzuda təlimlər keçdik.

Bizim əməkdaşlar bunu görəndə çox təəccübləndilər və ən əsası - onlar agile yanaşmanın məğzini anladılar. Alfa bankın agile - təlimçisinin bu yanaşmanın mahiyyəti ilə bağlı bir günlük treninqi də bu sistem haqqında bizi çox məlumatlandırdı. Bu səfər zamanı həm nəzəri, həm də praktik öyrəndiklərimiz əsasında, biz rahatlıqla Unibankda agile yanaşmanın tətbiqinə başladıq.

- Hazırda Unibankda agile transformasiyası necə gedir? Proseslər hansı mərhələdədir?

- Biz agile transformasiyasına Scrum metodologiyası ilə artıq başlamışıq. Bu, məhsula bağlı bir metodologiyadır. Biz buna uyğun olaraq bir məhsul seçdik və onun yaradılmasını Agile scrum komandasına tapşırdıq. Məhsulun yaradılması, onun sonadək implementasiya edilib, müştərilərə təhvil verilməsi 6 nəfər əməkdaşdan ibarət scrum komanda tərəfindən həyata keçirilir. Məhsul korporativ müştərilərin onlayn kreditləşdirilməsidir. Yəni, nəticədə Unibank korporativ müştərilərinə onlar banka gəlmədən onlayn formada kredit verə biləcək, kredit məbləği birbaşa hesablarına otuzdurulacaq və bu Azərbaycan bazarında bir ilk olacaq.

Keçən həftə məhsulun ilk iki hissəsinin təqdimatı oldu və nəticə çox sevindirici idi. Bizim artıq “quick win” yəni qısa qalibiyyətimiz var: əvvəl iki ay ərzində görüləcək bir işi agile yanaşma ilə komandamız cəmi iki həftə ərzində bitirdi. Bu da agile-ın üstünlüklərindən biridir – məhsul tam hazır olana qədər, kiçik zaman aralıqlarında (sprintlərdə) onun bir hissəsi təqdim olunmalıdır. Buna uyğun olaraq, korporativ müştərilərin kreditləşməsini tam şəkildə sentyabrda təhvil verməyi düşünsək də, ona qədərki sprintlərdə artıq məhsul qismən istifadəyə veriləcək. Bu isə motivasiya üçün çox önəmlidir.

Agile-ın digər bir maraqlı üstünlüyü scrum komandada çalışan əməkdaşların daha çox motivasiya olunması və işlərindən zövq almasıdır. Rahat çalışmaları və işlərinin daha əyləncəli olması üçün onlara bütün şərait yaradılır: rahat geyim tərzində işə gələ bilərlər, iş qrafiki daha sərbəstdir. Əlavə olaraq Agile Ofisimizə müxtəlif oyunların, masaüstü futbol və tennis, müxtəlif kompüter oyunları, qəhvə və içkilərlə dolu aparatların yerləşdirilməsi də aparılır. Onların əsas effektivlik göstəricisi yalnız o məhsuldur və onlar bütün diqqətini yalnız bir məhsula yönəldir, onun üzərində çalışırlar. Biz görürük ki, orda çalışanlar doğrudan daha çox həvəslidirlər və bankda digər işçilərdə də bu yanaşmaya maraq yaranıb. Belə komandalar şəklində işləmək istəyənlər çoxdur.

Agile scrum məhsula yönəlikdir və hansısa bir qabaqcıl məhsul yaratmaq, o məhsulu qabağa çəkmək ehtiyacı olanda biz scrum komanda yaradırıq. Gələcəkdə ola bilər ki, biz 15 nəfərədək üzvü olan böyük scrum komandalar yaradaq, ola da bilər ki indiki komandamız kimi 6-7 nəfərlik komandalar olsun. Agile sisteminə bütün departamentlər keçməyəcək. Misal üçün, İNG bank da çox uğurlu bir agile transformasiyası həyata keçirib və onlar da bütün departamentləri ləğv etməyiblər, əslində bu mümkün də deyil. Strukturlar Ran (run) və Change formalarına görə fərqlənirlər. Run departamentlər biznesə dəstək olacaq departamentlərdir və onların tam Agile formasına keçməsi mükün deyil. Ancaq ola bilər ki, Scrum komandaların daxilində risk menecment, hüquq departamenti, İT analitika kimi agile-a keçməyəcək departamentlərin də işçiləri olsun. Məsələn, məhsulun yaradılması zamanı risklərlə bağlı bir məsələ yaranırsa və risklər departamentindən bir işçiyə ehtiyac duyulursa, həmin departamentdən bir işçi təyin edilir, o digər bütün işlərini kənara qoyaraq, müvəqqəti scrum komandaya keçir, ona aid olan məsələləri həll edir və geri qayıdır. Bu çox bahalı bir proses olsa da, nəticə buna dəyir.

- Bu proses üzrə gözləntilər nədir, gələcəkdə təkmilləşmələr olacaqmı?

- Bankın 2017-2019-cu illər üçün strateji planındakı “dəyişikliklərin idarə edilməsinə” uyğun olaraq Azərbaycan bankçılığı tarixində ilk dəfə “İT və Digital İnnovasiyalar Mərkəzi”ni (Digital & IT Innovations Center) və “Dəyişikliklər və Kompetensiyalar Mərkəzi”ni (Center of Changes & Competences) yaratmağı planlaşdırırıq. İT və Digital İnnovasiyalar Mərkəzi baş ofisimizdə böyük bir ofis şəklində olacaq və bizim hamımızın bildiyi ənənəvi bankçılıq sistemindən fərqlənəcək. Bu Mərkəzin Digital Labaratoriya (Digital Lab) hissəsi artıq hazırdır. Digital Lab internet və mobil bankçılıq xidmətlərinin təkmilləşdirilməsi ilə yanaşı, bankın rəqəmsal məhsullarının yeni konsepsiyasının yaradılması və inkişafı ilə də məşğul olacaq. Rəgəmsal inkişafın məhz İT tərəfi (proqramlaşdırma və s.) Digital Lab-dan başlayacaq. Rəqəmsal İT inkişaf üzrə bütün yeniliklər və dünya trendlərinin Bankda icrasına məhz buradan start verəcək. Sözü gedən mərkəzdə İT və Digital sahənin əməkdaşları üçün yuxarıda qeyd etdiyim rahat və əyləncəli şərait yaradılacaq, bir müddətdən sonra isə onların iş cədvəlləri belə tam rahat formaya keçiriləcək. Bundan başqa İT və Digital İnnovasiyalar Mərkəzində proqramlaşdırma, innovasiyalar, İT sahəsinə aid digər müxtəlif təlimlərin keçirilməsi də planlaşdırılır.

Təlimlərin xarici mütəxəssislər tərəfindən bankda - Unibank Təlim və İnkişaf Mərkəzində, eyni zamanda ölkədən kənarda yelərşən təlim mərkəzlərində keçirilməsi nəzərdə tutulur.

Dəyişikliklər və Kompetensiyalar Mərkəzində isə agile-a aid olan işçilər çalışacaq, onlar davamlı olaraq biznes üçün yeni nəsə yaradaraq istifadəyə verəcəklər. Dəyişikliklər və Kompetensiyalar Mərkəzi yeni biliklər əldə edilməsi, onların təşkilata aktiv şəkildə transfer və implementasiya olunması ilə məşğul olacaq. Bu Mərkəzin rəqabətə davamlılığı və bacarığı, əməkdaşların yüksək kreativliyi, peşəkarlığı və onların özünü inkişaf və intellektual kapitalın artırılması üzrə motivasiyası ilə müəyyən olunur.

Dəyişikliklər və Kompetensiyalar Mərkəzində İT əməkdaşları ilə yanaşı, inkişafa aid olan hər kəs - məhsulların inkişafı, strateji marketinq və digərləri də olacaq. Yəni qarşıda bizi çox maraqlı yeniliklər gözləyir. Perspektivdə agile sistemin istifadəsindən bazarda Unibankın daha da gücləndirilməsi, daxili proseslərin effektiv aparılması və optimallaşdırılmasını gözləyirik. Müştərilər üçün etibarlı, innovativ bank məhsulunu təqdim edən bir bank, əməkdaşlarımız üçün də ən yaxşı işə götürən banklardan biri olmaqda davam edəcəyik.

Məlumatlandırıcı vebinarda KOB-ların və startapların sualları cavablandırılıb
Məlumatlandırıcı vebinarda KOB-ların və startapların sualları cavablandırılıb
“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in müzakirəsinə həsr olunmuş növbəti iclas keçirilib
“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in müzakirəsinə həsr olunmuş növbəti iclas keçirilib
Mayın 8-nə USD/AZN rəsmi məzənnəsi
Mayın 8-nə USD/AZN rəsmi məzənnəsi
Loading Bars
Xəbər lenti
Bakıda Milli Qəhrəmanın adını daşıyan park yenidən qurulub (FOTO)
Şuşanın mədəniyyət paytaxtı statusunun rəsmiləşməsi şəhərin hərtərəfli inkişafını təmin edəcək - Könül Nurullayeva
Bədii gimnastika üzrə Dünya Kubokunun birinci günündə maraqlı anlar (FOTO)
Məlumatlandırıcı vebinarda KOB-ların və startapların sualları cavablandırılıb
“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in müzakirəsinə həsr olunmuş növbəti iclas keçirilib
Mingəçevir Dövlət Universitetinin rektoru şəhid ailəsini ziyarət edib (FOTO)
Mayın 8-nə USD/AZN rəsmi məzənnəsi
Bakı küçələrinin birinə Polad Həşimovun adı verilib
Qeyri-sabit hava şəraiti ilə bağlı sahibkarlara xəbərdarlıq edilib
Daha bir hərbi qulluqçumuzun şəhid olması müəyyən edildi
Hindistanın Bakıdakı Səfirliyi Sanskrit dilini öyrənmək üçün ‘Little Guru’ adlı yeni tətbiqi təqdim etdi (FOTO)
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurası mühüm qərarlar qəbul edib (FOTO)
Bakıda qanunsuz aksiya keçirməyə cəhd edilənlərdən saxlanılan yoxdur - DİN
Estoniyada NATO-nun genişmiqyaslı təlimləri keçiriləcək
Gələcəkdə beynəlxalq səfərlərin bərpası üsulunu tapa biləcəyik - Aİ nümayəndəsi
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb
Azərbaycanda 1854 nəfər COVID-19-dan sağalıb, 722 nəfər yoluxub, 15 nəfər vəfat edib
Prezident İlham Əliyevin BBC-yə müsahibəsi 3 milyon baxışı keçib (VİDEO)
Vətən müharibəsi qəhrəmanları üçün imtiyazlarla bağlı qanun layihələri plenar iclasa tövsiyə olundu
"Qatar Airways" Dohadan Bakıya uçuşları bərpa edir
Astarada qadını evində qətlə yetirən şəxsin işi məhkəməyə göndərildi
Dünya Bankı Azərbaycanda yol layihəsi üçün kredit ayırmağı planlaşdırır
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Şuşada "Xarıbülbül" musiqi festivalı keçiriləcək
Milli Gimnastika Arenasında indiyə qədər gördüyüm ən gözəl şərait yaradılıb - Özbəkistan gimnastı
Satınalan təşkilatların nümayəndələri ilə növbəti onlayn görüş keçirilib
AHİK-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 98 illiyi ilə əlaqədar tədbir keçirilib (FOTO)
Kreditini Yelo Bank-a gətir, daha az ödə
Qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak edən şəxslər həbs olunub - DTX (VİDEO)
“Yüksəliş” müsabiqəsi yarımfinal mərhələsinə hazırlaşır
Əhmədiyyə Cəbrayılovun 100 illiyinə həsr olunmuş sərgi keçirilib (FOTO)
Xalq şairi Musa Yaqub vəfat edib
Həbsdə olan polkovnik azadlığa buraxıldı
Bakı Slavyan Universitetində onlayn formada "İki əsrin lideri" adlı tədbir keçirilib (FOTO)
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib (FOTO)
"British Airways" bu il 1 milyard avro itirib
Ermənistanda keçmiş hərbçi casusluqda ittiham olunur
Abşeronda ruhanilər və ağsaqqallarla görüş keçirilib
Bakıda kimsəsiz uşaqlar tibbi müayinədən keçirilib (FOTO)
Azərbaycan XİN Fransa və Kanadaya cavab verib
Ağsuda həmkəndlisini güllələyən şəxsin işi məhkəməyə göndərilib
Şuşanın mədəniyyət paytaxtı elan edilməsi böyük əhəmiyyət daşıyır - Deputat
Azərbaycanda idmanın inkişafı istiqamətində aparılan uğurlu dövlət siyasəti öz səmərəli bəhrəsini verir - İsmayıl İsmayılov
Azərbaycan sülhməramlılarının Əfqanıstandan çıxarılması planlaşdırılır - Müdafiə Nazirliyi
Koronavirusa qarşı təkrar peyvəndin vurulması ilə bağlı alimdən AÇIQLAMA
Dünya Kubokunda bütün gimnastlara məşq üçün lazımi qədər vaxt verilib - Yunanıstan gimnastı
Buraxılış imtahanları ilə bağlı apelyasiya komissiyasına müraciət qaydaları açıqlanıb
İranda koronavirusdan ölənlərin sayı 74 mini keçib
Payızlıq əkinlər üçün gübrələrin səyyar satışından 8000-ə yaxın fermer yararlanıb (FOTO)
Qarabağda əkinə başlanılması kənd təsərrüfatı məhsullarının ucuzlaşmasına səbəb olacaq
Müəllimlərin işə qəbulu ilə bağlı apellyasiya müsahibələri keçirilir
Suraxanıda qəsəbədaxili küçələr təmir edilir (FOTO)
Sabah Bakıda 20, rayonlarda 27 dərəcəyədək isti olacaq
Bakıda yarışlarda iştirak etmək həyəcanlı və xoşdur - Polşa gimnastı
Şuşada DOST Mərkəzinin filialı açılacaq - RƏSMİ
Arif Quliyev "Qurd qapısı" qəbiristanlığında dəfn edilib (ƏLAVƏ OLUNUB-2)
Xəzər dənizində zəlzələ olub
Odlar Yurdu Universitetinə ağır itki üz verib
ETSN "Azərsu”nu dənizi çirkləndirdiyi üçün məhkəməyə verib
BTQ Gürcüstan və Azərbaycan iqtisadiyyatının inkişafına töhfə verir - Baş direktor (FOTO)
Azərbaycanda koronavirusdan sağalma və ölüm faizi açıqlanıb
“Kimya və Kimya mühəndisliyində dayanıqlı inkişaf” konfransının qalibləri mükafatlandırılıb (FOTO)
Pilot Rəşad Atakişiyevə şəhid statusu verilib
Universitetdə struktur dəyişikliyi edilib
Mənşəyi məlum olmayan 200 kq heyvan cəmdəyi aşkarlanıb (FOTO)
Kanada XİN Azərbaycanın 3 ermənini azad etməsini alqışlayır
“AccessBank”da yeni təyinat olub
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan Gimnastika Federasiyası növbəti dəfə bizi qüsursuz təşkilatçılığı ilə təəccübləndirə bildi - Misir gimnastı
Agentlik qazilərin protezlə təminatında problemin olması ilə bağlı məlumatlara münasibət bildirib
Azərbaycanda Hindistan ştammına rast gəlinməyib - TƏBİB
Heydər Əliyev Liderliyinin qalibiyyət və zəfər rəmzi!
Hökməli bələdiyyəsinin işçisi cəzalandırıldı (FOTO)
İtkin düşən kapitanın şəhid olduğu müəyyənləşdi
Qırğızıstanda damba uçuldu - Mindən çox sakin təxliyə olundu
“Petkim” istehsal gücünü 92%-ə çatdırıb
Ağdaşda sexdə fəhlənin qolu dəzgaha düşüb qopdu
Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilib - SƏRƏNCAM
Fevralda yoluxma sayının azalması tibb işçilərinin əməkhaqqına təsir edib - Agentlik
Bayram namazı kütləvi şəkildə qılınmayacaq - Hacı Şahin Həsənli
Qoşqarçayda naməlum qadın meyiti tapılıb
Ötən gün ölkədə 19 yanğın olub, 3 nəfər xilas edilib
Ermənistanın mina xəritələrini verməməsi beynəlxalq hüquqda müharibə cinayəti kimi tanınmalıdır - Hüquq elmləri doktoru
Xalq artisti Arif Quliyevlə vida mərasimi keçirilir (FOTO/VİDEO)
Hadrut qəsəbəsi fasiləsiz içməli su ilə təmin olunub
Şuşaya yeni su kəmərinin tikintisinə başlanılıb
Küçədə daha 3 koronavirus xəstəsi aşkarlandı
Bakıda yeni avtobus dayanacaqları və nizamlanan piyada keçidi yaradılıb (FOTO)
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Gömrük Akademiyasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş tədbir keçirilib (FOTO)
13 min manatlıq kabel oğurlayan şəxslər saxlanıldı (FOTO)
Qadın sahibkarlar üçün biznes təlimləri keçirilib (VİDEO)
Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kubokunun birinci günü başlayıb (FOTO) (ƏLAVƏ OLUNUB)
Qarşıdakı aylarda toylarla bağlı müəyyən standartlar formalaşacaq - Rəşad Mahmudov
Daha 3 qazimiz əməliyyat olundu (FOTO)
AVRO-2020-nin kuboku Prezident İlham Əliyevə təqdim olunub (FOTO/VİDEO)
Bakıda kütləvi davada qətl törədən dəstənin istintaqı başa çatdı
Keçmiş nazir müavininin cinayət işi məhkəməyə göndərildi
Ucarda mikroavtobusla evakuator toqquşub
Bu ölkələrdə koronavirusa yoluxdurmağa görə külli miqdarda cərimə kəsiləcək
Azərbaycanın Ro-Pax tipli gəmi-bərəsi ilk səfərinə çıxıb (FOTO)
Bütün xəbərlər