...

Daşkəsəndə 24.5 kilometrlik yolun tikintisi yekunlaşır (FOTO/VİDEO)

İqtisadiyyat Materials 13 Avqust 2018 16:00 (UTC +04:00)

Bakı. Trend:

Uzunluğu 24.5 km olan Daşkəsən-Əmirvar-Qabaqtəpə avtomobil yolu layihəsində işlər artıq yekunlaşır.

Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, sözügedən avtomobil yolu IV texniki dərəcəli və 2 hərəkət zolaqlı olmaqla yenidən qurulur. Texniki dərəcəyə uyğun yolun hərəkət hissəsi 6 metr təşkil edir. Bu çərçivədə hazırda torpaq işləri bitənərazilərdə, daha dəqiqi 150 min kv.m-ə yaxın sahəyə 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsinə başlanılıb.

Daşkəsən-Əmirvar-Qabaqtəpə avtomobil yolunun tikintisi ilə vətəndaşların gediş-gəlişi xeyli rahatlaşacaq, yük və sərnişin daşınması asanlaşacaq, yolboyu 9 yaşayış məntəqəsində yaşayan 3 mindən artıq vətəndaşın həyat şəraitinin yaxşılaşmasına birbaşa təsir edən kənd təsərrüfatı inkişaf edəcək. Bununla yanaşı, yeni tikilən avtomobil yolu bölgədə turizmin inkişafına geniş imkanlar yaradacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti