...

Beyləqanda təsərrüfat obyektlərində dezinfeksiya tədbirləri aparılır

İqtisadiyyat Materials 1 Sentyabr 2018 00:34 (UTC +04:00)
Patogen və şərti patogen mikroorqanizmlərin məhv edilməsi məqsədi ilə dezinfeksiya tədbirləri davam etdirilir.
Beyləqanda təsərrüfat obyektlərində dezinfeksiya tədbirləri aparılır

Bakı. Trend:

Kənd təsərrüfatı heyvanları saxlanılan, bəslənilən və satışı aparılan obyektlərdə patogen və şərti patogen mikroorqanizmlərin məhv edilməsi məqsədi ilə dezinfeksiya tədbirləri davam etdirilir.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən Trend-ə verilən məlumata görə, bu tədbirin aparılmasının əsas məqsədi təsərrüfat obyektlərində patogen mikroorqanizmləri məhv etməklə epizootik prosesin baş verməsinin qarşısını almaqdır. Bu məqsədlə Xidmətin Beyləqan Rayon Baytarlıq İdarəsi rayonun ayrı-ayrı heyvandarlıq təsərrüfatlarında dezinfeksiya tədbirlərini həyata keçirilir. Həmçinin dezinfeksiya aparılan təsərrüfatlarda dezinseksiya və deratizasiya tədbirləri də icra olunur.

Dezinfeksiya aparılan zaman, xüsusilə yem və su qablarının, divarların aşağı hissələrinin, arakəsmələrin, kanalizasiya xətlərinin mexaniki təmizliyinə fikir verilir, təsərrüfatlarda mexaniki təmizlikdən sonra profilaktik dezinfeksiya işləri aparılır.

Tədbirin bundan sonra da aparılacağı nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti