...

Masallıda Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ilk regional Kiçik və Orta Biznesin Dostu xidməti açılıb

İqtisadiyyat Materials 18 Sentyabr 2018 18:11 (UTC +04:00)
Prezident İlham Əliyev Masallıda yaradılmış sənaye məhəlləsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ilk regional Kiçik və Orta Biznesin Dostu xidmətinin açılışını edib.
Masallıda Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ilk regional Kiçik və Orta Biznesin Dostu xidməti açılıb

Bakı. Trend:

Prezident İlham Əliyev Masallıda yaradılmış sənaye məhəlləsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ilk regional Kiçik və Orta Biznesin Dostu xidmətinin açılışını edib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən Trend-ə verilən məlumata görə, dövlət başçısına KOB Dostu şəbəkəsi barədə məlumat verilərək bildirilib ki, bu layihə Agentliyin mühüm strateji layihələrindən biridir və Agentliyin regionlardakı fəaliyyəti bu şəbəkə vasitəsilə həyata keçiriləcək.

KOB Dostu xidmətinin missiyası və fəaliyyətinin başlıca istiqamətləri ölkə Prezidentinə təqdim edilib.

KOB Dostlarının fəaliyyəti yeni KOB-ların yaranması, mövcud KOB-ların inkişafı vasitəsilə regionun inkişaf potensialının reallaşdırılmasına yönələcək. Bu məqsədlə potensial investisiya layihələri müəyyən ediləcək və onların KOB-lar vasitəsilə həyata keçirilməsi təşviq ediləcək.

KOB Dostlarının fəaliyyətinin digər önəmli istiqaməti KOB-lara onların dayanıqlı inkişaf tələblərinə uyğun çoxsaylı dəstəklərin verilməsindən ibarət olacaq. Bu istiqamətdə fəaliyyət, bir tərəfdən mövcud dövlət dəstək mexanizmlərindən istifadə imkanlarının genişləndirilməsi, bu dəstəklərə KOB-ların maneəsiz və rahat çıxışının təmin edilməsinə, digər tərəfdən Agentliyin göstərəcəyi çoxsaylı dəstək mexanizmlərinin tətbiqinə yönələcəkdir.

KOB Dostlarının fəaliyyətinin digər mühüm istiqaməti KOB-ların hüquqlarının müdafiəsi istiqamətində olacaq. KOB-ların hüquqlarının müdafiəsi, yarana biləcək problemlərinin həllinin dövlət-sahibkar əməkdaşlıq platformasinda yerində operativ həlli nəzərdə tutulur.

KOB Dostlarının fəaliyyətinin daha bir mühüm istiqaməti sorğu və monitorinqlərin həyata keçirilməsindən ibarət olacaq. Sahibkarlarla sıx əlaqədə olacaq KOB Dostları onların inkişaf ehtiyaclarını sorgular vasitəsilə öyrənəcəkdir. Eyni zamanda, KOB dostları vasitəsilə yerlərdə KOB-lara göstərilən xidmətlərin monitorinqi aparılacaq.

KOB Dostları şəbəkəsinin bütün ölkə üzrə təşkilinəzərdə tutulur. Gələn ilə bu şəbəkənin tam qurularaq səmərəli fəaliyyətinin təmin edilməsi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti