Bakı. Trend:
"Mitsubishi" şirkəti Rusiyada 145 minə yaxın avtomobili geri çağırıb.
Trend-in məlumatına görə, bu qərar avtomobillərin əyləc sistemində qeydə alınan qüsurlarla bağlıdır.
Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2012-ci ilin dekabrından 2016-cı ilin sentyabrınadək satılmış “Outlander", "Outlander PHEV" və ASX modellərinə şamil olunur.
Bildirilir ki, bu avtomobillərdə təmir işləri avtomobil sahibləri üçün ödənişsiz həyata keçiriləcək.