Bakı. Trend:
“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Baş direktoru Bərdədə fermerlərlə görüşüb.
ASC-dən Trend-ə verilən məlumata görə, ASC-nin Baş direktoru Kamran Nəbizadə 18 oktyabr 2018-ci il tarixdə Bərdə rayonu Mustafaağalı kəndi ərazisində “Azərpambıq ASK” MMC-ilə əməkdaşlıqda olan fermerin pambıq tarlasında fermerlərlə görüşüb. Görüşdə cari ilin pambıq tədarükü və 2019-cu il mövsümü üzrə pambıq əkininə hazırlıq işləri ilə bağlı qarşılıqlı müzakirələr aparılıb. Cari problemlər və onların həlli yolları haqqında fikir mübadiləsi edilib, məhsuldarlığın artırılması isdiqamətində görülməli olan işlər barədə tövsiyələr verilib.