...

İran Naxçıvanla kənd təsərrüfatı və dərman preparatları sektorlarında əlaqələri genişləndirir

İqtisadiyyat Materials 29 Oktyabr 2018 13:19 (UTC +04:00)
İranın Maku Azad Ticarət Zonası ilə Naxçıvan arasında münasibətlər genişlənir
İran Naxçıvanla kənd təsərrüfatı və dərman preparatları sektorlarında əlaqələri genişləndirir

Bakı. Elnur Bağışov - Trend:

İranın Maku Azad Ticarət Zonası ilə Naxçıvan Muxtar Respublikası arasında iqtisadi, turizm və mədəni münasibətlərin inkişafına şəraitin yaradılması İranın Naxçıvandakı konsulluğunun gündəmindədir.

Trend-in məlumatına görə, bunu İran İslam Respublikasının Naxçıvan Muxtar Respublikasındakı Baş konsulu Mənsur Ayrom Maku Azad Ticarət Zonası Təşkilatının icraçı direktoru ilə görüşdə deyib.

Onun sözlərinə görə, bu zona Naxçıvanın iş adamlarına iqtisadi fəaliyyətlərini genişləndirmək üçün münasib imkan yaradıb. İran vətəndaşları və Naxçıvan sakinlərinin gediş-gəlişlərini sadələşdirməklə zonanın iqtisadi inkişafına təkan vermək olar.

Konsul əlavə edib ki, Poldəşt gömrük-keçid məntəqəsinin iş saatının mərhələli şəkildə artırılması, gömrük rəsmilərinin birgə aylıq iclaslarının təşkil olunması, iki tərəfin iqtisadi münasibətlərinin inkişafı istiqamətində həyata keçirilən addımlardan hesab olunur:

“Kənd təsərrüfatı və dərman preparatları sektorlarında ixrac strukturunun yaradılması, iki tərəfin rəsmiləri və iş adamlarının iştirakı ilə ticari iclasların təşkil olunması, özəl sektor fəalları arasında əlaqələrin yaradılması İranın Baş konsulluğunun həyata keçirdiyi addımlardandır”.

Bundan əlavə, zonada investisiya yatırımı prosesini sürətləndirmək məqsədilə sadələşdirmələr nəzərdə tutulub. İnvestorlar bir neçə saat ərzində öz şirkətlərini qeydə aldıra bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti