...

DGK: Azərbaycan-Rusiya sərhədində nəqliyyat vasitələri və sərnişinlərin keçməsində hər hansı problem yoxdur

İqtisadiyyat Materials 29 Oktyabr 2018 18:48 (UTC +04:00)
Gömrük-sərhəd buraxılış məntəqəsi gündəlik iş rejimində fəaliyyətini davam etdirir.
DGK: Azərbaycan-Rusiya sərhədində nəqliyyat vasitələri və sərnişinlərin keçməsində hər hansı problem yoxdur

Bakı. Ceyhun Ələkbərov - Trend:

Azərbaycan-Rusiya sərhədində nəqliyyat vasitələrinin və sərnişinlərin sərhədkeçmə prosesində hər hansı problem yoxdur və gömrük-sərhəd buraxılış məntəqəsi gündəlik iş rejimində fəaliyyətini davam etdirir.

Dövlət Gömrük Komitəsindən (DGK) Trend-ə verilən məlumata görə, Azərbaycandan Rusiya Federasiyasına gedən yük nəqliyyat vasitələrinin bu ölkənin ərazisindəki gömrük terminalında saxlanılması barədə məlumatlar yayılıb.

Dövlət Gömrük Komitəsi bildirir ki, hazırda Dövlət Gömrük Komitəsinin rəhbərliyi Rusiya Federasiyası Federal Gömrük Xidmətinin rəhbərliyi ilə Azərbaycandan gedən avtomobillərin bu ölkənin ərazisindəki gömrük terminalında saxlanılmasının səbəblərinin araşdırılması məqsədilə danışıqlar aparır və məsələnin müsbət həlli istiqamətində bütün zəruri addımlar atılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti