...

Azərbaycanda mebel istehsalı əhəmiyyətli dərəcədə artacaq

İqtisadiyyat Materials 1 Noyabr 2018 19:41 (UTC +04:00)

Bakı. Azad Həsənli - Trend:

2018-ci ildə Azərbaycanda 72,6 milyon manat həcmində mebelin istehsal olunması gözlənilir ki, bu da ötən illə müqayisədə 11,8 faiz çoxdur.

Trend-in məlumatına görə, bu barədə 2019-2022-ci illərdə Azərbaycanın sosial-iqtisadi inkişafı proqnoz göstəriciləri və konsepsiyasında deyilir.

Proqnozlara əsasən, növbəti illərdə mebel istehsalı əhəmiyyətli dərəcədə artacaq. Belə ki, 2019-cu ildə mebel istehsalı 76,7 milyon manat, 2020-ci ildə 82,2 milyon manat, 2021-ci ildə 88,2 milyon manat, 2022-ci ildə isə 94,5 milyon manat təşkil edəcək.

Azərbaycanda daha çox ofis mebelinin istehsalı gözlənilir: 2018-ci ildə ofis mebeli istehsalının 17 481 ədəd, 2019-cu ildə 18 529, 2020-ci ildə 19 641, 2021-ci ildə 20 820, 2022-ci ildə 22 069 ədədə çatacağı gözlənilir.

2017-2022 -ci illərdə mebel istehsalı (ədədlə):

2017

2018

2019

2020

2021

2022

Ofis mebeli

16 999

17 481

18 529

19 641

20 820

22 069

Mətbəx mebeli

521

531

563

586

609

633

Yataq mebeli

5 225

7 629

8 087

8 491

8 916

9 361

Digər mebel (divanlar və s.)

5 762

6 282

6 659

6 992

7 342

7 709

Məqalədə:
Xəbər lenti

Xəbər lenti