Bakı. Trend:
ENGİNET şirkəti “BİRLink” brendi ilə xidmət göstərdiyi abunəçilərinin rahatlığını düşünərək daim öz xidmətlərini təkmilləşdirir. Bu dəfə şirkət bir müddət öncə istifadəyə verdiyi “elektron şəxsi kabineti” daha da inkişaf etdirərək yeni üstünlüklərlə müştərilərinə təqdim edir.
Yenilənmiş şəxsi kabinetdən istifadə etməklə BİRLink abunəçiləri bir sıra mühüm imkanlar əldə etmiş olacaq. Belə ki, abunəçi www.enginet.az və ya www.birlink.az saytları vasitəsilə öz şəxsi kabinetinə daxil olaraq özünə aid olan bütün məlumatlarla müfəssəl şəkildə tanış ola, öz müqaviləsinə baxa, eləcə də ödənişlərinin tarixçəsini nəzərdən keçirə bilər.
Təqdim edilmiş yeniliklərdən biri də şəxsi kabinet vasitəsilə “Turbo düymə” xidmətinin işə salınmasından ibarətdir. Bu xidmətin mahiyyəti ondan ibarətdir ki, abunəçilər istifadə etdiyi bu və ya digər BİRLink tarif planının onları qane etməsinə baxmayaraq bir sıra hallarda irihəcmli faylların yüklənməsi üçün daha yüksək sürətə ehtiyac duyurlar. Məhz bu cür vəziyyətlər üçün hazırlanmış “Turbo düymə” xidməti BİRLink abunəçisinə öz məlumatlarının arzu etdiyi sürətlə çox qısa zaman ərzində ötürülməsinə nail olmağa imkan verir. “Turbo düymə” xidmətini təklif edilən üç sürətdən (30 Mb/saniyə, 50 Mb/saniyə və 80 Mb/saniyə) birini seçməklə aktivləşdirmək mümkündür. Xidmət aktivləşdirildiyi andan etibarən 24 saat ərzində qüvvədə olur və bu müddətin tamamında avtomatik olaraq ləğv olunur. Qeyd etmək lazımdır ki, xidmət ödənişlidir və xidmət haqqı abunəçinin hesabından silinir. “Turbo düymə” xidmətindən 30 Mb/saniyə sürəti ilə istifadə haqqı 2 manat, 50 Mb/saniyə sürəti ilə 3 manat, 80 Mb/saniyə sürəti ilə isə 4 manat təşkil edir. Abunəçilər bu xidmətə həmçinin “BİRLink” müştəri xidmətləri mərkəzi ilə əlaqə saxlayaraq da qoşula bilər.
Yenilənmiş şəxsi kabinetin daha bir özəlliyi BİRLink istifadəçilərinin məmnunluq səviyyəsinin artırıması istiqamətində abunəçilərə tam yeni BİRLink Bonus Proqramını təqdim etməsidir. Bu proqram BİRLink-dən optik internet və/və ya rəqəmsal TV xidmətinə mövcud tarif paketlərindən biri ilə qoşulmuş fiziki şəxs abunəçilərə şamil olunur və xidmətdən istifadəyə görə vaxtlı-vaxtında və ya öncədən ödəniş edən abunəçilərin hesablarına mükafat olaraq bonus ballarının hesablanmasını nəzərdə tutur. Proqrama qoşulmaq üçün şəxsi kabinetə daxil olaraq orada “Bonus Proqramı” bölməsinə keçmək və “Üzv ol” düyməsini sıxmaq kifayətdir. Abunəçilər hesablarına yığılan bonus ballarını istifadə etdikləri cari BİRLink xidmətlərinin ödənişinə və ya yeni xidmətlərin əldə edilməsinə sərf edə bilər.
Şəxsi kabinetdən istifadə edərək BİRLink-in təqdim etdiyi digər xidmətlərə də qoşulmaq mümkün olacaq. Belə ki, tezliklə abunəçilər üçün bilavasitə şəxsi kabinet üzərindən filtrasiyalı internet, şəhər telefonu, statik İP və videomüşahidə kimi xidmətlərə qoşulmaqla bağlı sifarişlərin yerləşdirməsi imkanı yaradılacacaq.
ENGİNET şirkəti bundan sonra da BİRLink abunəçilərinin rahatlığının və məmnuniyyətinin ən yüksək səviyyədə təmin edilməsi üçün öz xidmətlərinin keyfiyyətini yüksəltməkdə davam edəcək.
ENGİNET şirkəti haqqında:
2009-cu ildən etibarən fəaliyyət göstərən ENGİNET şirkəti Azərbaycan internet xidmətləri bazarında aparıcı oyunçulardan biridir. Şirkət ilk dəfə olaraq ölkədə FTTH (fiber to the home – mənzilədək fiberoptik bağlantı) texnologiyasını uğurla tətbiq etmiş və hazırda fiziki və hüquqi şəxs olan abunəçilərinə bu texnologiyaya əsaslanan geniş spektrli telekommunikasiya xidmətləri və həlləri təqdim edir. Azərbaycanda uşaqların internetdən təhlükəsiz istifadəsi konsepsiyasını təmin edən internetin filtrasiyası xidmətinin tətbiqi də məhz ENGİNET şirkətinin adı ilə bağlıdır. Əlavə məlumat üçün: www.enginet.az
BİRLink brendi haqqında:
ENGİNET şirkətinin ticarət markası olan BİRLink – FTTH texnologiyasına əsaslanan optik internet, İP televiziya və telefoniya xidmətlərini, eləcə də abunəçilər üçün əlavə dəyər yaradan digər innovativ həlləri özündə birləşdirir. Brendin adı onun fəlsəfəsini dəqiqliklə əks etdirir: təmsil etdiyi qabaqcıl FTTH texnologiyası eyni optik lifli kanal üzərindən keyfiyyətə və sürətə heç bir xələl gəlmədən çoxsaylı xidmətlərin təqdim edilməsini mümkün edir. Hazırda BİRLink brendi altında istifadəçilərə bu qəbildən yerli bazarda analoqu olmayan internet filtrasiya, İP telefoniya, statik İP və bulud əsaslı videomüşahidə xidmətləri göstərilir. Əlavə məlumat üçün: www.birlink.az