Beynəlxalq investorlar AccessBank-ın kapitallaşmasına dair saziş imzaladı - MÜSAHİBƏ

Beynəlxalq investorlar AccessBank-ın kapitallaşmasına dair saziş imzaladı - MÜSAHİBƏ

Bakı. Trend:

AccessBank-ın İdarə Heyətinin sədri Anar Həsənovun müsahibəsi:

- Cənab Həsənov, artıq bank üçüncü rübə dair hesabatı açıqlayıb. Nəticələri ümumilikdə necə dəyərləndirirsiniz?

- Böyük məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, bankımızın bütün əsas biznes göstəriciləri ciddi artım nümayiş etdirib. Bankımızın aktivləri 836,5 mln. manata çatıb. Kredit portfelimiz də bu il artım nümayiş etdirir və hazırda 520 mln. manat civarındadır. Mikrokreditləşmə sahəsində əldə etdiyimiz nailiyyətlər isə bizim üçün xüsusilə qürurvericidir. Bildiyiniz kimi, məhz bu sahə hər zaman AccessBank-ın güclü tərəflərindən biri olub. Qeyd edim ki, təkcə oktyabr ayında biz müştərilərimizə 45 mln. manat məbləğində kredit vermişik ki, bunun da 29 mln. manatı mikrokreditləşmənin payına düşür. Əlavə edim ki, bu seqmentdə bankımız 50%-dən çox bazar payı ilə bütün sektordan xeyli irəlidədir. Bu isə bir daha təsdiqləyir ki, fəaliyyətdə olduğu illər ərzində AccessBank öz müştərilərinin uzunmüddətli tərəfdaşına çevrilərək ölkədə mikro və orta biznesə dəstək üzrə missiyasına sadiqdir. Bir kredit mütəxəssisi üzrə məhsuldarlıq isə devalvasiyadan öncəki göstəriciyə yaxınlaşıb.

Fiziki şəxslər üzrə depozit portfelində də artım davam edir və biz AccessBank-a etimad göstərən hər bir müştərimizə minnətdarıq.

İnanıram ki, bu templə biz hər rüb həm maliyyə göstəricilərimizi, həm də bazardakı mövqeyimizi yaxşılaşdırmağa nail olacağıq.

- Bankın əsas maliyyə göstəriciləri müsbət dinamika nümayiş etdirsə də, bu rüb zərər cüzi artıb. Bunu necə izah edərdiniz?

- Bilirsiniz, bu, kompleks sualdır, buna bir neçə amil təsir edir. İki misal gətirə bilərəm. Azərbaycan iqtisadiyyatının inkişafını nəzərdə tutan bizim uzunmüddətli biznes-planımıza əsaslanaraq, biz devalvasiyadan sonra dərhal filial şəbəkəmizi kəskin şəkildə azaltmadıq və müvafiq olaraq əməkdaşlarımız arasında ciddi optimallaşdırma aparmadıq. Başqa sözlə, yalnız ehtiyac olan yerlərdə dəqiq optimallaşdırma apararaq bank özü üçün vacib olan kadr və filialları qorumağa çalışdı ki, məhz onların sayəsində növbəti illər ərzində biznesi inkişaf etdirmək niyyətindədir. Beləliklə, bank bütün əməliyyat xərclərini saxlayaraq, bizim üçün vacib olan xidmət şəbəkəmiz və ştat üzrə xərcləri üzərinə götürdü. Bildiyiniz kimi, məhz bu bizim ən güclü tərəflərimizdən biri olub. Və ya başqa bir misal - hecləşdirmə. Belə deyək, milli valyutamızın dəyərdən düşməsindən sonra və manatın qısamüddətli perspektivdə stabilliyi ilə bağlı müştərilərimizin narahatlıqları fonunda bank dolların gələcəkdə möhkəmlənməsi ehtimalını nəzərə alaraq xarici valyutada verilən kreditlər üzrə bütün riskləri öz üzərinə götürdü. Beləliklə, müştərilərimizin narahatlıqlarına son qoymaq üçün bank ciddi xərclərlə üzləşdi ki, onlar biznesini bazarın yeni reallıqlarına adaptasiya edə bilsinlər.

Bizim gözləntilərimizə əsasən, biznesin həcmində və müvafiq olaraq bankın gəlirlərinin gözlənilən artımı, həmçinin hecləşdirmə üzrə xərclərin tədricən azalması nəticəsində gələn il bu amillər bankın gəlirliliyinə ciddi təsir göstərməyəcək.

- Problemli kreditlərin həcmində azalma müşahidə olunmaqdadır. Bank nə vaxt kredit portfelini tamamilə təmizləməyə müvəffəq olacaq?

- Birinci devalvasiyaya qədər (2015-ci ilin fevralın 21-i) bizim kredit portfelimizin həcmi 1 mlrd. dolları ötmüşdü. Portfelin 56%-i və ya təxminən 575 mln. dolları ABŞ valyutasında verilən kreditlərin payına düşürdü. Xarici tərəfdaşlarımızın dəstəyini nəzərə alsaq, devalvasiyadan öncə bank xarici borclanma sahəsində olduqca aktiv idi. Bundan başqa, həmin dövrdə manat uzun müddət ərzində dollara qarşı möhkəm valyuta olaraq qalırdı. Bir amili də nəzərə almaq lazımdır ki, AccessBank-ın kreditləşdirdiyi biznesin böyük hissəsi idxala bağlıdır. Təbii ki, belə olan halda bir çox insan dollar kreditlərinə üstünlük verirdi. Yuxarıda qeyd etdiyim rəqəmlər bu fikrimi bir daha təsdiqləyir. Hamımız bilirik ki, manatın devalvasiyasından sonra ölkədəki biznesin bir çox seqmenti müəyyən çətinliklərlə üzləşdi ki, bura əhalinin real gəlirlərinin, başqa sözlə, istehlak qabiliyyətinin azalması da daxildir. Bu gün mən tam məsuliyyətlə deyə bilərəm ki, AccessBank dollar portfelinin mütləq əksəriyyətini restrukturizasiya edib.

Yeri gəlmişkən, cari ilin yanvar-oktyabr ayları ərzində bank ümumi məbləği 318 mln. manatdan çox olan 52 minə yaxın kredit verib. Bazarın yeni reallığını nəzərə alaraq, bu kreditlərin 97%-i manatla verilib. Hesab edirəm ki, rəqəmlər hər şeyi deyir və AccessBank-ı etibarlı tərəfdaş qismində görən sahibkarlarla bankımız arasında əməkdaşlığın bariz göstəricisidir.

- Yeri gəlmişkən, bank kredit ödənişində problemlə üzləşən müştərilərə yardım əlini uzadırmı?

- Biz problemli kreditlərin böyük hissəsini restrukturizasiya etdik, müştərilərimizə güzəşt müddəti verdik. Budur, ölkə iqtisadiyyatı devalvasiyalardan əmələ gələn şoklardan sonra bərpa olunub, vaxtında yardım əlimizi uzatdığımız müştərilərimizin biznesi də stabilləşib və onlar borclarını qaytarmağa başlayıb. Bəzən şayiələr eşidirəm ki, biz problemlə üzləşən heç bir müştərimizə yardım əlimizi uzatmırıq və buna sadəcə təəccüblə yanaşıram. AccessBank 16 illik fəaliyyəti ərzində ümumi məbləği 5,3 mlrd. manata yaxın olan 1,2 mln. kredit verib. Düşünün, söhbət ölkənin mikro və orta sahibkarlıq sahələrini təmsil edən yüz minlərlə insandan gedir. Mənim hüquqi təhsilim yoxdur, lakin şayiələrin məntiqinə inansaq, belə çıxır ki, illərlə sürən məhkəmə çəkişmələrindən sonra tək-tük insan barəsində qanunvericiliyə uyğun şəkildə, üstəlik, onların gözləmədiyi halda hüquqi tədbir görülürsə, deməli, bank kütləvi şəkildə müştərilərinə qarşı müharibə aparır? Yumşaq ifadə etsək, bu, təəccüblü və populist yanaşmadır.

- Nizamnamə kapitalının artırılması ilə bağlı vəziyyət nə yerdədir?

- Bir müddət öncə qeyd etdiyimiz ki, bankın xarici investorları tərəfindən kapitallaşma barədə qərar qəbul olunub. Noyabrın 15-də bankın kapitallaşması ilə bağlı saziş imzalanıb. Qeyd edim ki, bu, ilk hüquqi icbari sənəddir və onun tərəfləri qismində bankın mövcud səhmdarları və beynəlxalq kreditorları çıxış edir. Bizim üçün vəziyyətin özəlliyi ondan ibarətdir ki, beynəlxalq maliyyə institutlarının timsalında bankın aparıcı tərəfdaşları böyük həvəslə və qısa müddət ərzində bankın kapitalına mühüm investisiya yatırılması ilə bağlı razılıq əldə etdi.

Sazişə əsasən, kapitallaşma prosesi sözügedən təşkilatlar tərəfindən banka 184 mln. manat məbləğində dəstəyin olunacağını nəzərdə tutur. Bu vəsaitdən 118,5 mln. manat bankın nizamnamə kapitalının artırılmasına yönələcək və bunun nəticəsində səhmdar kapitalı 258 mln. manata çatdırılacaq. Əlavə olaraq subordinasiya olunmuş kredit alətləri vasitəsilə II dərəcəli kapitalın 22 mln. manat artırılması planlaşdırılır. Bununla yanaşı, "şərti kapital"ın artırılması üçün də 22 mln. manatın ayrılması nəzərdə tutulub ki, gələcəkdə ehtiyac olduğu halda bu vəsaitdən də istifadə olunacaq.

Bu onu göstərir ki, bank beynəlxalq maliyyə institutları üçün olduqca vacib tərəfdaş olaraq qalmaqdadır. Son aylar ərzində bank və gələcək səhmdarlar təsisçilər sırasına beynəlxalq tərəfdaşların cəlb olunması istiqamətində çox böyük həcmdə iş görüblər. Bu cür layihələrin spesifikasına bələd olan adamlar bilir ki, belə danışıqların qeyd olunan müddət ərzində bitirilməsi rekord hesab olunur və ölkənin qeyri-neft sektorunun inkişafında beynəlxalq maliyə təşkilatlarının maraqlı olmasından xəbər verir.

Kapitallaşma prosesi bitdikdən sonra Azərbaycanın bank sektorunda elə bir maliyyə təşkilatı peyda olacaq ki, onun səhmdarları sırasına mövcud təsisçilərlə yanaşı, Avropa İnvestisiya Bankı, Asiya İnkişaf Bankı (hər ikisi AAA reytinqə malikdir) və beynəlxalq maliyyə bazarlarında nüfuzlu oyunçu olan digər investorlar daxil olacaq. Bu təşkilatların bir çoxu Azərbaycanın maliyyə sektoruna ilk dəfə olaraq kapital yatırımı edəcək. Bildiyim qədər, hətta bəzi investorlarımız AccessBank-ın səhmdarı olmaq üçün daxili nizamnaməsinə bəzi dəyişikliklər ediblər. Bu isə bir daha onu göstərir ki, investorlar ölkə iqtisadiyyatının müsbət inkişaf dinamikasına və AccessBank-ın biznes planına inanır. Belə çıxır ki, AccessBank nəinki Azərbaycanın bank sektorunda (gülür), həm də müəyyən mənada beynəlxalq səviyyədə tarix yazır.

- Daha bir vacib məsələyə toxunmaq istərdik. Belə ki, zaman-zaman bankın müflisləşməsi ilə bağlı informasiya peyda olur. Bu informasiyalar həqiqəti əks etdirirmi?

- Biz bu qəbildən olan informasiyaların hər birini oxumuşuq və eşitmişik, lakin hər dəfə təmkinli davranaraq reaksiya verməmişik. Kapitallaşma məsələsinə qayıtmaq istəyirəm. Nəzərə alsaq ki, Azərbaycan hökuməti ölkə iqtisadiyyatını, xüsusilə qeyri-neft sektorunu aktiv şəkildə inkişaf etdirməkdə qərarlıdır, bu isə xarici investisiyalara daha açıq olmaqdan xəbər verir, adlarını yuxarıda çəkdiyim investorların bank sektoruna daxil olması AccessBank-ın müstəsna rolundan xəbər verir.

16 illik fəaliyyətimiz ərzində əldə etdiyimiz göstəricilərlə biz bütün beynəlxalq investorlara göstərdik ki, Azərbaycanda 100% xarici kapitallı layihə necə uğur qazana bilər. Devalvasiyadan sonra bank tərəfindən atılan düzgün addımlar və ölkə iqtisadiyyatının potensialı bizim investorlara daha da güvən verir.

- Bir qədər də dərinə gedək. Bilirik ki, AccessBank Fitch ilə əməkdaşlığı dayandırıb. Onu da bilirik ki, bu addım bankın xahişi əsasında atılıb…

- Təkrar edirəm, kapitallaşma prosesinə fərqli ölkələri və müxtəlif korporativ maliyyə mədəniyyətini təmsil edən iri beynəlxalq institutlar cəlb olunub. Təsəvvür edirsiniz ki, son aylar ərzində biz hansı həcmdə işin öhdəsindən gəlmişik? Bu prosesin maksimum şəkildə kənar gözlərdən və arzuolunmaz şərhlərdən uzaq olması üçün olduqca böyük səy göstərdik ki, bu və ya digər düzgün ifadə olunmayan informasiya danışıqlara və tərəflərin istəyinə qətiyyən təsir etməsin. Buna görə, bank mətbuat üçün bu məsələləri şərh etmirdi və biz media tərəfdaşlarımzdan AccessBank üçün həssas olan məqamda anlayışla yanaşmalarını xahiş etdik. Fürsətdən istifadə edərək, bir daha hər bir mətbu orqana təşəkkür edirəm.

Mövcud və gələcək səhmdarlar israr edirdilər ki, danışıqlar prosesində konfidensiallıq tam təmin olunsun. Məhz bu baxımdan biz Fitch beynəlxalq reytinq agentliyinə əməkdaşlığın dayandırılması üçün müraciət etdik. Belə ki, hər hansı ciddi təşkilatdan müvafiq reytinqin alınması üçün bank "daxili mətbəxi" tamamilə açmağa borcludur. Bu isə xarici tərəfdaşlarımızla aparılan danşıqlara təsir edə bilərdi. Lakin mən düşünmürəm ki, bank uzun müddət ərzində beynəlxalq qiymətləndirməsiz qalacaq. Xüsusilə nəzərə alsaq ki, bizim səhmdarlar beynəlxalq institutlardır. Reytinqi yenə də Fitch verəcəkmi? Bu, əlavə müzakirə mövzusudur.

- Siz AccessBank-ın ilk azərbaycanlı rəhbərisiniz. Anar Həsənov İdarə Heyətinin sədri olandan nələr dəyişib?

- Bizim əsas üstünlüyümüz ondadır ki, 16 il ərzində AccessBank hər hansı menecerin idarəçilik üslubundan və ya fərdi keyfiyyətlərindən asılı olmayıb. Bu müddət ərzində biz yalnız korporativ dəyərlərimizə köklənmişik. Həmin dəyərlərə şəffaflıq, müştəri və əməkdaşlarımıza ədalətli yanaşma və s. aid etmək olar. Mənim əsas məqsədim bu dəyərlərin qorunmasından ibarətdir. Bazarın sürətlə dəyişən reallıqlarına adaptasiyanı nəzərdə tutan bəzi struktur dəyişikliklərinə baxmayaraq, bankın "onurğa sütunu"nu təşkil edən komanda bizimlə qalır. Mən fəxr edirəm ki, uzun illər ərzində bu cür insanlarla bir komandada işləyirəm. Bank rəhbərliyini və orta səviyyəli menecerləri analiz etsək görərik ki, bu insanların AccessBank ilə 10 ildən artıq müddəti əhatə edən staj birləşdirir, bəziləri isə ümumiyyətlə ilk gündən burada çalışır. Biz bu dəyərləri qorumaq fikrindəyik, çünki onlar bizim əsas aktivimiz olan əməkdaşlarımızın üzərində qurulub.

- Yekunda yaxın perspektiv üçün proqnozlarınızı öyrənmək istərdik.

- İnvestorlarımızla danışıqlar prosesində biz bankın 4 illik strateji planını hazırladıq. Plana əsasən, biz kredit portfelimizi aktiv şəkildə artırmağı, o cümlədən yüksək gəlirlilik səviyyəsinə qayıtmağı planlaşdırırıq. Bankın əsas missiyaları sırasına mikro, kiçik və orta sahibkarlığın partnyoru olaraq qalmaq, o cümlədən bu sahələrin inkişafında aktiv iştirak etmək də daxildir. Bu baxımdan kapitallaşma prosesi bankı zəruri resurslarla təmin edəcək ki, bunun hesabına AccessBank müştərilərinin artan maliyyə ehtiyaclarını tam şəkildə qarşılaya biləcək. Bununla yanaşı, ölkənin innovativ banklarından biri olaraq, biz rəqəmsal alətlərə investisiya yatırmağa davam edəcəyik. Həmçinin, beynəlxalq tərəfdaşlarımızın konsaltinq xidmətlərindən yararlanaraq biz məhsullarımızın sayını da artırmaqda maraqlıyıq. Təbii ki, bu məsələdə biz bazarın trendelərini nəzərə alacağıq.

Hesab edirəm ki, hazırda bank sektoru transformasiya mərhələsindədir və bu yalnız Azərbaycana aid deyil. Əminəm ki, korporativ dəyərlərinə və unikal imkanlarına əsaslanaraq AccessBank Azərbaycanın bank sektorunda layiqli yerini tutmağa davam edəcək.

Dünyada koronavirusa yoluxanların sayı 139 milyonu ötüb - ÜST
Dünyada koronavirusa yoluxanların sayı 139 milyonu ötüb - ÜST
Yaponiyada 5,8 bal gücündə zəlzələ baş verib
Yaponiyada 5,8 bal gücündə zəlzələ baş verib
Ekvadorda prezident seçkilərinin ikinci turunda Qilyerme Lasso qalib gəlib
Ekvadorda prezident seçkilərinin ikinci turunda Qilyerme Lasso qalib gəlib
Loading Bars
Xəbər lenti
Adobe şirkətinin təsisçisi və PDF formatının yaradıcısı Çarlz Geşke vəfat edib
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyyətinin zoom vasitəsilə XIX toplantısı keçirilib
İranda koronavirusa yoluxanların sayı 2,2 milyona çatıb
Bitkoinin qiyməti 11 faizdən çox ucuzlaşıb
Rusiyada son sutkada koronavirusdan 389 nəfər ölüb
Çexiya 18 rus diplomatının ölkədən çıxarır
Ağdam rayonunun Saybalı kəndi (VİDEO)
Gürcüstanda koronavirusa daha 818 nəfər yoluxub, 793 nəfər ölüb
ABŞ-da naməlum şəxs yas mərasimində atəş açıb, ölən var
Sabahın hava proqnozu açıqlanıb
Ağdamda minaya düşən şəxslə bağlı araşdırma aparılır
İranda güclü zəlzələ qeydə alınıb
Xızı rayonunda sursat aşkar edilib (FOTO)
Qubadlı rayonunun Tarovlu kəndi (VİDEO)
Azərbaycan XİN 18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar bəyanat yayıb
Ağdam sakini minaya düşüb (FOTO)
Bakıda beşmərtəbəli yaşayış binasında yanğın olub, 2 nəfər tüstüdən zəhərlənib
Cüdo üzrə Avropa çempionatı: 4 idmançımız mübarizəyə başlayır
Samuxda “Təmiz hava” aylığı ilə əlaqədar reyd keçirilib (FOTO)
Qubada ev və ona bitişik tikili yanıb
Daha 2 boksçumuz dünya birinciliyində 1/4 finala vəsiqə qazanıb
Dünyada koronavirusa yoluxanların sayı 139 milyonu ötüb - ÜST
Yaponiyada 5,8 bal gücündə zəlzələ baş verib
Ekvadorda prezident seçkilərinin ikinci turunda Qilyerme Lasso qalib gəlib
AEBA İranın uranı 60 faizə qədər zənginləşdirməyə başladığını təsdiqlədi
ABŞ-da naməlum şəxs ticarət mərkəzində atəş açıb
Fransa bəzi ölkələrdən gələn qonaqlar üçün karantin tətbiq edib
Gürcüstanda 4,5 bal gücündə zəlzələ baş verib
İspaniya Kuboku: "Atletik" klubu bir ay ərzində ikinci dəfə finalda məğlub olub
Hindistanda koronavirus xəstələrinin müalicə olunduğu xəstəxanada yanğın olub
Türkiyədə son sutkada koronavirusdan 52 184 nəfər sağalıb
İngiltərə Kuboku: "Çelsi" "Mançester Siti"ni məğlub edərək finalına çıxıb
“Yaşıl Marafon” layihəsi çərçivəsində Bakıda ağacəkmə aksiyası keçirilib (FOTO)
Türkiyə sahillərində zəlzələ qeydə alınıb
Özbəkistan ilin sonuna qədər COVID-19-a qarşı öz peyvəndinin istehsalına başlaya bilər
"Bavariya"nın baş məşqçisi mövsümün sonunda komandadan ayrılmaq istədiyini açıqlayıb
Myanmada toqquşmalarda ölənlərin sayı 730-a çatıb
Böyük Britaniyada şahzadə Filipin dəfn mərasimi keçirilib
Sabirabadda ikimərtəbəli ev yanıb
"Twitter"in işində nasazlıq yaranıb
Ağacların kəsilməsi ilə bağlı şikayət araşdırıldı
2 gənc buza dırmanacaq, çayı keçəcək, dağda yatacaq... – AzTV-də maraqlı veriliş başlayır (VİDEO)
Gədəbəydə ikimərtəbəli evdə yanğın olub
Ermənilərin yeganə şansı bütün qondarma ərazi iddialarından imtina etməkdir - Əli Hüseynli
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlandı
Azərbaycanda 2 148 nəfər COVID-19-a yoluxub, 30 nəfər vəfat edib
Baş Prokurorluq və DİN birgə məlumat yayıb
Şirkət rəhbəri külli miqdarda dələduzluğa görə həbs edildi
Azərbaycanda bu sahələrdə daha yüksək maaş verilir
Ermənistan yanlış siyasətinə, terrorçu və təxribatçı əməllərinə görə cavab verir - Deputat
Azərbaycanda qaz hasilatı artıb
"VICE News"un Ermənistanın Bərdəyə raket zərbəsi barədə reportajı beynəlxaq mükafata namizəd irəli sürülüb
Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM
Bakıda quldurluq: Pizza şirkətinin əməkdaşını hədələyib 500 manatını aldılar (VİDEO)
Milli Məclisin nümayəndə heyəti MDB PA-nın tədbirlərində iştirak edib (FOTO)
Azərbaycan qazı Avrasiyada qaz hasilatı artımının aparıcı qüvvələrindən biridir
2021 Formula 1 Azərbaycan Qran Pri yarışı ilə bağlı viza prosedurları sadələşdirilir - SƏRƏNCAM
İranda ötən sutka 21 min nəfər koronavirusa yoluxub, 319 nəfər ölüb
Ağdamda müasir tələblərə cavab verən heyvan kəsimi məntəqəsinin inşasına start verilib (FOTO/VİDEO)
Mingəçevirdə “Təmiz hava” aylığı çərçivəsində reyd keçirilib (FOTO)
Cəbrayıl rayonunun Daş Veysəlli kəndi (VİDEO)
Xətaidə kafeyə gedən, orada insanlarla görüşən koronavirus xəstəsi saxlanılıb (VİDEO)
Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Fərman imzalanıb
İşğalçılar Alban məbədlərini saxtalaşdırıblar, dağıdıblar - Alban-udi dini icmasının sədr müavini (VİDEO)
Azərbaycan parlament nümayəndə heyəti Sankt-Peterburqda Ulu öndər Heydər Əliyevin xatirəsini yad edib (FOTO)
Ermənilər Qarabağın hər bir kvadratmetrini saxtalaşdırmaq istəyib - Alban-Udi icmasının rəhbəri (VİDEO)
Kanalizasiya quyularının qapaqlarını oğurlayan şəxs saxlanılıb (FOTO)
İran Azərbaycana ticarət attaşesi göndərir
Qubada Türkiyə-Azərbaycan Qardaşlıq Parkı tikilir (FOTO)
Azərbaycan nefti bahalaşıb
Toyvo Klaar separatçı ilə görüş qərarı verərkən beynəlxalq hüququn prinsiplərini əsas götürməli idi - Ukraynalı ekspert
Bakıda evdən 80 min dollarlıq qızıl külçələr oğurlandı (FOTO/VİDEO)
BMT Qarabağın minalardan təmizlənməsi ilə bağlı Rusiyanın təklifini cavablandırmayıb - Şoyqu
Alban-Udi xristian dini icmasının üzvləri Tuğdakı qədim alban məbədində – Trend TV-nin REPORTAJI
Rusiyada bir gündə 398 nəfər koronavirusdan ölüb
Bu il 700 minə yaxın şəxsə sosial müavinət və təqaüd ödənilib
Bakıda yeni avtobus xətti istifadəyə verilir (FOTO)
Minsk qrupunun Qarabağ münaqişəsinin həlli ilə bağlı missiyası başlamamış başa çatdı - Əli Hüseynli
Qəbulda qohumbazlıq, korrupsiya tüğyan edirdi - Məleykə Abbaszadə
Sabah hava küləkli olacaq
YAP İdarə Heyətinin üzvü partiyanın fəal gəncləri ilə görüşüb (FOTO)
Bakıda 28 yaşlı gənci qatar vurub öldürməsi ilə bağlı cinayət işi açılıb
Çində kimya zavodu partlayıb
Şərqi Avropa portalında “Minalar, Qarabağ və Ermənistanda böhran” adlı məqalə dərc olunub
Qaradağda top mərmisi tapılıb (FOTO)
Karantini pozan repetitor saxlanılıb
Son üç ayda 17 uşaq övladlığa verilib
Masallıda yas mərasimi dayandırılıb, 7 nəfər cərimələnib (FOTO)
Milli Məclisin sədri beynəlxalq təşkilatları Ermənistana təsir göstərməyə çağırıb (VİDEO)
30 il susan Minsk qrupu ermənilərin məğlubiyyətini görəndə Azərbaycana təzyiqə başladı - Komitə sədri
Xırdalanda 6 şəhidin xatirəsinə bulaq kompleksi tikilib (FOTO)
Ötən gün 21 yanğın olub, 2 nəfər xilas edilib (VİDEO)
Alban-Udi dini icmasının üzvləri Tuğ kəndinə səfər ediblər (FOTO)
Qubadlıda ermənilərin qoyub qaçdığı döyüş sursatları aşkar edilib (VİDEO)
"Anglo Asian Mining" Azərbaycanda qızıl hasilatını 25 faiz azaldıb
Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb
Evdən antik samovar oğurlayan keçmiş məhkum saxlanılıb (FOTO)
Yeddi koronavirus xəstəsi ictimai yerlərdə saxlanılıb
İsraildə aktiv koronavirus xəstələrinin sayı 2 680 nəfərə düşüb
"AstraZeneca" kifayət qədər yüksək effektə malikdir - Bəzi şirkətlər böyük bir təbliğat oyunu aparır - AÇIQLAMA
Bütün xəbərlər