...

Əqli Mülkiyyət Agentliyinin müşaviri Rusiyada tədbirdə iştirak edib (FOTO)

İqtisadiyyat Materials 3 Dekabr 2018 11:31 (UTC +04:00)
Noyabrın 27-29-da Moskvada Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT), Rusiya Federasiyasının Əqli Mülkiyyət Federal Xidməti və Federal Sənaye Mülkiyyəti İnstitutu tərəfindən texnologiya və innovasiyalara dəstək mərkəzləri (TİDM) üçün seminar təşkil olunub.
Əqli Mülkiyyət Agentliyinin müşaviri Rusiyada tədbirdə iştirak edib (FOTO)

Bakı. Trend:

Noyabrın 27-29-da Moskvada Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT), Rusiya Federasiyasının Əqli Mülkiyyət Federal Xidməti və Federal Sənaye Mülkiyyəti İnstitutu tərəfindən texnologiya və innovasiyalara dəstək mərkəzləri (TİDM) üçün seminar təşkil olunub. Azərbaycan, Belarus, Ermənistan, Qazaxıstan və Qırğızıstanın nümayəndələrinin də qatıldığı tədbirdə ölkəmizi Əqli Mülkiyyət Agentliyinin müşaviri Emin Zeynalov təmsil edib.

Agentlikdən Trend-ə verilən məlumata görə, seminarda ÜƏMT-nin TİDM proqramı, Rusiyada texnologiya və innovasiyalara dəstək sahəsində görülən işlər, “SCOPUS”/”ScienceDirect” məlumat bazası, əqli mülkiyyət sahəsində kadrların hazırlanması üçün tədris proqramları, məktəblərdə müəlliflik hüququ və patent hüququnun tədrisi, əqli mülkiyyət fəaliyyətinin nəticələrinin istifadə olunmasının praktik aspektləri, əqli mülkiyyət nəticələrinin kommersialaşdırılması perspektivlətinin qiymətləndirilməsi və s. məsələlər haqqında məruzələr edilib, sahibkarların texnoloji və elmi layihələrinə, həmçinin gənc ixtiraçılara dəstək məsələləri ətrafında dəirmi masa keçirilib.

Seminar çərçivəsində müzakirәlәr zamanı Agentliyin nümayəndəsi tərəfindən ölkәmizdә әqli mülkiyyәt sahәsindә aparılan son institusional islahatlar, o cümlədən texnologiyaların transferi və əqli mülkiyyətin kommresiyalaşdırılmasına dəstək istiqamətində həyata keçirilən tədbirlər barədə seminar iştirakçılarına məlumat verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti