...

PAŞA Bank “Global Finance” tərəfindən “Azərbaycanın ən yaxşı bankı” mükafatı ilə təltif olunub

İqtisadiyyat Materials 7 Dekabr 2018 10:06 (UTC +04:00)
Azərbaycanın aparıcı korporativ bankı "PAŞA Bank" keçən il olduğu kimi bu il də “Global Finance” işgüzar nəşri tərəfindən təsis olunan “World’s Best Bank Awards 2018” çərçivəsində “Azərbaycanın ən yaxşı bankı” mükafatı ilə təltif olunub.
PAŞA Bank “Global Finance” tərəfindən “Azərbaycanın ən yaxşı bankı” mükafatı ilə təltif olunub

Bakı. Trend:

Azərbaycanın aparıcı korporativ bankı "PAŞA Bank" keçən il olduğu kimi bu il də “Global Finance” işgüzar nəşri tərəfindən təsis olunan “World’s Best Bank Awards 2018” çərçivəsində “Azərbaycanın ən yaxşı bankı” mükafatı ilə təltif olunub.

Mükafat PAŞA Bankın İdarə Heyətinin sədri Taleh Kazımova jurnalın satış üzrə icraçı nümayəndəsi Maqdalena Georgiyeva tərəfindən təqdim olunub. Görüş əsnasında T.Kazımov Bankın yenidən bu mükafata layiq görülməsinin qürurverici olduğunu qeyd edib.

“Global Finance” jurnalı 1987-ci ildən dərc olunur və hazırda dünyanın 188 ölkəsində oxucusu var. Jurnalda dünyada baş verən ən mühüm maliyyə hadisələri təhlil edilir, həmçinin Mərkəzi və Şərqi Avropa, Asiya-Sakit okean regionu, Yaxın Şərq və Afrika və s. regionlarda aparılan bank tədqiqatları öz əksini tapır.

#PASHABank #GlobalFinance #thebestbank

Məqalədə:
Xəbər lenti

Xəbər lenti