...

Beynəlxalq Əmək Təşkilatı əmək müfəttişliyi sisteminin gücləndirilməsi məqsədilə təlim kursu keçirib (FOTO)

İqtisadiyyat Materials 13 Dekabr 2018 09:46 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Beynəlxalq Əmək Təşkilatının (BƏT) birgə təşkilatçılığı ilə əmək müfəttişliyi sisteminin gücləndirilməsi məqsədilə növbəti təlim kursu keçirilib.
Beynəlxalq Əmək Təşkilatı əmək müfəttişliyi sisteminin gücləndirilməsi məqsədilə təlim kursu keçirib (FOTO)

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Beynəlxalq Əmək Təşkilatının (BƏT) birgə təşkilatçılığı ilə əmək müfəttişliyi sisteminin gücləndirilməsi məqsədilə növbəti təlim kursu keçirilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Elman Cəfərov hazırda həyata keçirlən islahatların bir istiqamətinin də əmək müfəttişliyi sisteminin beynəlxalq innovativ təcrübələrdən irəli gələn səmərəli iş mexanizmləri əsasında təkmil səviyyədə qurulmasına və gücləndirilməsinə yönəldiyini vurğulayıb. E.Cəfərov BƏT-lə birgə icra olunan “2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”nın bu sahədə fəal dəstək olduğunu diqqətə çatdırıb. Xidmət rəisi bildirib ki, həmin Ölkə Proqramının prioritetlərindən biri də Dövlət Əmək Müfəttişliyi Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi və potensialının artırılması, fəaliyyətin gücləndirilməsi, BƏT yanaşmaları da nəzərə alınmaqla səmərəli fəaliyyət mexanizminin və nəzarət sisteminin formalaşdırılmasıdır. Bu istiqamətdə beynəlxalq təşkilatla birgə işlər çərçivəsində əmək müfəttişləri üçün təlimlər təşkil olunur. Hazırkı təlim kursu da “Azərbaycanda əmək müfəttişliyi sisteminin gücləndirilməsi: Əməyin mühafizəsi və sağlamlığı üzrə məlumatların toplanması və istifadəsinin optimallaşdırılması, əmək müfəttişləri üçün strateji uyğunluq planlaşdırılmasına BƏT-in yanaşması” mövzusuna həsr olunub.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədrinin müavini Cavanşir Alxasov, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Baş katibinin müavini Fuad Hümbətov, BƏT-in Layiqli Əməyə Texniki Dəstək Qrupunun, Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə ofisinin əməyin idarə olunması, əməyin təftişi, əməyin təhlükəsizliyi və sağlamlığı üzrə baş mütəxəssisi Valentin Mokanu təlimin mövzusunun aktuallığını qeyd ediblər.

Təlim kursunda V.Mokanu tərəfindən “Əməyin idarə olunması və əməyin təftişi: Çətinliklər və perspektivlər”, “Əmək müfəttişləri üçün strateji uyğunluq planlaşdırılmasına BƏT-in yanaşması”, “Əməyin mühafizəsi və sağlamlığı üzrə məlumatların toplanması və istifadəsinin optimallaşdırılması: BƏT-in müvafiq Konvensiyaları”, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzinin Əmək şəraiti və əməyin mühafizəsi şöbəsinin müdiri İlqar İskəndərovun “Sağlam əmək şəraitinin yaradılmasına mane olan amillərin aradan qaldırılması” mövzularında təqdimatlar edilib, həmin mövzularda müzakirələr aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti