...

Dünyada ən uzun avtomobil körpüsünün inşası bu il başa çatacaq

İqtisadiyyat Materials 5 Yanvar 2019 17:05 (UTC +04:00)
Küveytdə dünyada ən uzun avtomobil körpüsünün inşası davam edir.
Dünyada ən uzun avtomobil körpüsünün inşası bu il başa çatacaq

Bakı. Trend:

Küveytdə dünyada ən uzun avtomobil körpüsünün inşası davam edir.

Trend-in məlumatına görə, körpünün (48,5 km) tikintisi 2019-cu ildə yekunlaşacaq.

Şeyx Caber adına körpünün inşası Koreyanın "Hyundai" korporasiyası ilə 2,6 milyard dollar dəyərində müqavilənin imzalanmasından 6 il sonra - aprel ayında başa çatacaq.

Küveytin şəhər aqlomerasiyası ilə qarşıdakı Küveyt buxtasını birləşdirəcək körpü müvafiq olaraq 36,1 və 12,4 km uzunluqlara malik iki hissədən ibarət olacaq. Qeyd edək ki, buxtada Küveyt hakimiyyəti "İpək şəhəri" adlı bir neçə milyardlıq memarlıq layihəsini həyata keçirməyi planlaşdırır.

Xatırladaq ki, hazırda dünyada ən uzun avtomobil körpüsü (42 km) Çinin şərqindəki Sindaoda yerləşir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti