...

EKVİTA-da yeni partnyor (FOTO)

İqtisadiyyat Materials 30 Yanvar 2019 12:30 (UTC +04:00)
Müşfiq Əliyevin EKVITA-ya tərəfdaş kimi qoşulduğunu elan etməkdən məmnunuq.
EKVİTA-da yeni partnyor (FOTO)

Bakı. Trend:

Müşfiq Əliyevin EKVITA-ya tərəfdaş kimi qoşulduğunu elan etməkdən məmnunuq. M.Əliyev geniş praktikası olan komandamıza bir zənginlik təcrübəsi gətirir.

EKVITA-a qoşulmazdan əvvəl, M.Əliyev KPMG-də Vergi və Hüquqi Tərəfdaş olaraq, bundan əvvəl isə PwC-də yüksək vəzifələrdə çalışmışdı.

Peşəkar xidmətlər sahəsində 20 ildən artıq təcrübəyə malikdir, özünü Azərbaycanda aparıcı yerli mütəxəssislərdən biri kimi tanıdıb. Təcrübəsi yalnız Azərbaycanı deyil, həmçinin, Gürcüstan, Rusiya, Qazaxıstan və digər ölkələri əhatə edir.

EKVITA-da M.Əliyev Vergi və Audit sahəsinə rəhbərlik edəcək, mövcud olan və daim artan yeni komandamız onunla birgə əməkdaşlıq edəcək.

EKVITA HAQQINDA ÜMUMİ MƏLUMAT

Ekvita 10 ildən artıqdır ki, milli bazarda bilik və təcrübələrə malik, yerli və beynəlxalq müştərilərə Hüquqi, Vergi və İdarəetmə məsləhətlərini, həmçinin Təlim xidmətlərini təklif edən tam xidmətli yerli şirkətdir.

Müştərilərimiz neft və qaz, bank və maliyyə (həmçinin, unikal bank məhsullarının islami maliyyəşmə prinsipləri üzrə məsləhətlərin verilməsi), dəniz əməliyyatları və loqistika, inşaat və mühəndislik, istehsalat sənayesi, İT və telekommunikasiyalar, turizm kimi müxtəlif sektorları təmsil edirlər.

Daim yenilənərək və 30 nəfərlik peşəkar heyəti ilə sahibkarlığın inkişafına öz töhfəsini verməklə Azərbaycan bazarında nüfuz qazanmış EKVITA böyük layihələrdə iştirak etməkdədir.

Ekvita yeni qəbul edilmiş “Rüşvətxorluqla Mübarizə İdaəretməsi Sistemləri” üzrə ISO37001:2016 sertifikatını əldə edən MDB ölkələri üzrə ilk konsaltinq şirkətidir.

Məhsullar və Xidmətlər:

  • Tam olaraq autsors edilmiş hüquq, vergi dəstəyi ilə idarəçilik məsləhətləri
  • Enerji və infrastruktur
  • Bank və maliyyə, islami maliyyə üzrə işlər
  • Müqavilələr
  • Əmək və miqrasiya
  • Korporativ hüquq və birləşmə /qoşulma
  • Vergi və Maliyyə
  • Məhkəmə işləri
  • Əmtəə Nişanlarının qeydiyyatı
  • Tikinti və Daşınmaz əmlak
  • Əqli Mülkiyyət
Məqalədə:
Xəbər lenti

Xəbər lenti