...

Nazir: Azərbaycanla Rusiya yüklərin rahat daşınması üçün birgə işləyir

İqtisadiyyat Materials 8 Fevral 2019 17:06 (UTC +04:00)
Azərbaycan və Rusiya yüklərin rahat daşınması istiqamətində birgə işlər həyata keçirir.
Nazir: Azərbaycanla Rusiya yüklərin rahat daşınması üçün birgə işləyir

Xaçmaz. Ceyhun Ələkbərov - Trend:

Azərbaycan və Rusiya yüklərin rahat daşınması istiqamətində birgə işlər həyata keçirir.

Trend-in məlumatına görə, bunu iqtisadiyyat naziri Şahin Mustafayev Samur çayı üzərində tikilməkdə olan avtomobil körpüsünə baxış zamanı jurnalistlərə deyib.

Nazir bildirib ki, Azərbaycan-Rusiya əlaqələri yüksək səviyyədə inkişaf edir:

"Əlaqələrin inkişafı bütün sahələrdə, əsasən də siyasi münasibətlərdə müşahidə edilir. Qeyri-neft sahəsi üzrə Rusiya Azərbaycanın əsas tərəfdaşıdır. Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi ilbəil artmaqdadır. Əvvəlki illərə nisbətən bu göstərici 20 %-ə qədər artıb. Biz hesab edirik ki, potensial daha yüksəkdir və gələcəkdə ticarət dövriyyəsinin artırılması üçün işlər görülür".

Ş.Mustafayev qeyd edib ki, Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun inkişafı da məhz ixracata hesablanıb:

"Bu baxımdan malların, yüklərin rahat daşınması üçün Azərbaycan Rusiya ilə birgə tədbirlər görür".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti