...

Polşada Bakı limanı və Ələt azad iqtisadi zonasının imkanları təqdim edilib

İqtisadiyyat Materials 19 Fevral 2019 20:50 (UTC +04:00)
Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Baş Direktoru Taleh Ziyadovun rəhbərlik etdiyi nümayəndə heyəti Polşaya səfər edib
Polşada Bakı limanı və Ələt azad iqtisadi zonasının imkanları təqdim edilib

Bakı. Trend:

Bakı Beynəlxalq Dəniz Ticarət Limanının baş direktoru Taleh Ziyadovun rəhbərlik etdiyi nümayəndə heyətinin Polşaya səfəri baş tutub.

Səfər Polşanın Sahibkarlıq və Texnologiya Nazirliyi, Dəniz Naviqasiyası Nazirliyi və İnfrastruktur Nazirliklərinin birgə təşəbbüsü ilə həyata keçirilib.

Nümayəndə heyəti Polşanın Sahibkarlıq və Texnologiya Nazirinin müavini Tadeusz Koscinski ilə, Polşa İnvestisiya və Ticarət Agentliyində (PAİH), Polşanın Qdansk və Slavkuv limanlarında görüşlər keçirib.

Görüşlər zamanı Polşa tərəfinə Bakı Limanı və Ələtdə yaradılmaqda olan Azad İqtisadi Zonanın (AİZ) fəaliyyəti, imkanları, ipək yolu konsepsiyası çərçivəsində tarixi barəsində geniş təqdimat nümayiş etdirilib, qarşı tərəfin sualları cavablandırılıb, Azərbaycan dövləti tərəfindən xarici sərmayədarlar üçün yaradılmış əlverişli şərait, Polşanın ölkəmizdə iqtisadi layihələrə cəlb edilməsi, Bakı-Tbilisi,-Odessa-İliceyvsk-Slavkuv marşrutu üzrə nəqliyyat-logistik daşımacılığın səmərəliliyi və s. məsələlər müzakirə edilib.

Səfər çərçivəsində nümayəndə heyəti Azərbaycan Milli Ordusunun Baş Qərargah rəisi olmuş polyak əsilli general Matsey Sulkeviç və Polşa Ordusunun və Milli Ordunun polkovniki olmuş Azərbaycan əsilli Vəli bəy Yadigarın şərəfinə ucaldılmış “Müstəqil Azərbaycan və Polşa uğrunda mübarizlərin xatirəsinə” abidəsini ziyarət ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti