...

Türkmənistanda keçiriləcək 1-ci Xəzər İqtisadi Forumunun gündəliyində yer alan məsələlər açıqlanıb

İqtisadiyyat Materials 26 Fevral 2019 14:12 (UTC +04:00)

Bakı. Trend:

1-ci Xəzər İqtisadi Forumu 2019-cu il avqustun 12-də Türkmənistanın Türkmənbaşı şəhərində Avaza turizm kurortunda keçiriləcək və 3 hissədən ibarət olacaq: beynəlxalq konfrans, Xəzər innovativ texnologiyalar sərgisi və sənədlərin imzalanması.

Bunu Trend-ə müsahibəsində Türkmənistanın Azərbaycandakı səflirliyinin attaşesi Beqmammed Kelcayev deyib.

Onun sözlərinə görə, Forum çərçivəsində keçiriləcək konfransda birgə investisiya layihələri və proqramların icrası, xüsusi azad iqtisadi zonaların yaradılması məsələləri, rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlıq, sahilyanı dövlətlərin regionları arasında əməkdaşlığlın inkişafı, birgə müəssisələrin yaradılması məsələləri müzakirə olunacaq.

O əlavə edib ki, konfransla paralel olaraq dəyirmi masalar təşkil olunacaq.

B.Kelcayev bildirib ki, avqustun 11-12-də innovasiya texnologiyaları sərgisi, elə həmin günlərdə tərəflər arasında görüşlər və sənədlərin imzalanması nəzərdə tutulub.

Forumda Xəzəryanı dövlətlərin hökumət üzvləri, diplomatik nümayəndəliklərin rəhbərləri, region başçıları, bank, sənaye birliklərinin rəhbərləri, sahibkarlar, elmi işçilər və mətbuat nümayəndələri iştirak edəcək.

Səfirliyin attaşesi bildirib ki, Forumun gündəliyində iri layihələr üçün şəraitin yaradılması, Xəzər regionu iqtisadiyyatının qlobal kontekstdə rolu, neft-qaz, elektroenerji, nəqliyyat, ticarət, aqrar sənaye, turizm və digər sahələrdə investisiya cəlbediciliyi kimi məsələlər yer alacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti