...

İpoteka və Kredit Zəmanət Fondunun yeni kredit reytinqi modelinin təqdimatı keçirilib

İqtisadiyyat Materials 28 Fevral 2019 15:57 (UTC +04:00)
Qiymətləndirmə prosesi maliyyə və qeyri-maliyyə göstəricilərinin təhlili və erkən xəbərdarlıq siqnallarının ölçülməsi vasitəsilə aparılacaq.
İpoteka və Kredit Zəmanət Fondunun yeni kredit reytinqi modelinin təqdimatı keçirilib

Bakı. Trend:

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ilə “KPMG Azərbaycan” beynəlxalq audit şirkəti tərəfindən birgə yaradılan, qabaqcıl beynəlxalq praktikaya əsaslanan və daha dayanıqlı yeni kredit reytinq sisteminin (kredit reytinqi modeli) təqdimatı keçirilib.

Fonddan Trend-ə verilən məlumata görə, təqdimatda Azərbaycan Mərkəzi Bankı, Maliyyə Bazarlarına Nəzarət Palatası, İqtisadiyyat Nazirliyinin, habelə bankların və beynəlxalq maliyyə institutlarının nümayəndələri iştirak ediblər.

Yeni yaradılan kredit reytinqi modeli Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 noyabr tarixli 1691 saylı Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunda kredit reytinqi sisteminin və digər risk menecmenti alətlərinin tətbiqi Qaydası”na uyğun olaraq hazırlanıb.

Tədbirdə bildirilib ki, kredit risklərinin minimuma endirilməsi məqsədilə yaradılan model sahibkarlıq subyektlərinin ödəmə qabiliyyətinin qiymətləndirilməsi və risk kateqoriyalarının müəyyən edilməsinə imkan yaradacaq. Qiymətləndirmə prosesi maliyyə və qeyri-maliyyə göstəricilərinin təhlili və erkən xəbərdarlıq siqnallarının ölçülməsi vasitəsilə aparılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti