...

Yeni milli brend – “LibasCollection” (FOTO/VİDEO)

İqtisadiyyat Materials 1 Mart 2019 11:00 (UTC +04:00)

Bakı. Trend:

“LibasCollection” dükanlar şəbəkəsi mart ayının 1-dən etibarən müştərilərə öz qapılarını açır.

Bu, yeni Azərbaycan brendinin ölkəmizdə istifadəyə verilən ilk dükanlarıdır.

“Made in Azerbaijan” məhsulu, Azərbaycanın milli brendi olan “LibasCollection” kişi geyimləri dükanlar şəbəkəsi bu ildən fəaliyyətə başlayır. “LibasCollection” dükanlar şəbəkəsində təklif olunan məhsullar yerli mütəxəssislər tərəfindən, ölkəmizin gözəl güşələrindən biri olan Ağstafa rayonunda yerləşən “Accord Textile” tikiş fabrikində tikilir. Bu fabrik “Accord İndustrial Company” şirkətinin tərkibinə daxildir. “Accord Textile” uzun müddət ölkəmizdə fəaliyyət göstərir və elə bunun nəticəsidir ki, bu illər ərzində yüksək keyfiyyətli məhsulları ilə alıcıların rəğbətini qazana bilib.

Bu aydan etibarən, fabrik “LibasColletion” dükanlar şəbəkəsi üçün kişi köynəkləri və qalstuklar istehsal edərək, alıcılara təqdim edəcək.

“LibasCollection” dükanlar şəbəkəsinə ümumilikdə 19 dükan daxil olacaq. Onlardan ikisi artıq cari ilin mart ayının 1-dən alıcıların istifadəsinə veriləcək. Bu dükanlar Bakı və Sumqayıt şəhərlərində yerləşir. Növbəti 6 dükanın açılışı tezliklə ölkəmizin müxtəlif səfalı bölgələrində - Gəncə, Mingçevir, Lənkəran, Ağstafada olacaq. Bü dukanlardan həm yerli sakinlər, həm də respublikamıza gələn turistlər yararlana biləcək.

Əziz alıcılar, hər birinizi böyük məmnuniyyətlə “LibasCollection” dükanlarının açılışına dəvət edirik. Həm özünüz üçün, həm də dəyər verdiyiniz, sevdiyiniz insanlar üçün təklif etdiyimiz məhsullardan alaraq, özünüzü və hər kəsi belə keyfiyyətli milli brend olan hədiyyə ilə sevindirin. Ümid edirik ki, dükanlarımız Sizlər üçün mükəmməl məkan olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti