...

"Audi" 4,5 minə yaxın avtomobili geri çağırır - Yanacaq sızır...

İqtisadiyyat Materials 2 Aprel 2019 11:38 (UTC +04:00)
"Volkswagen Group Rus" şirkəti Rusiyada 4,5 minə yaxın "Audi" markalı avtomobili geri çağırıb
"Audi" 4,5 minə yaxın avtomobili geri çağırır - Yanacaq sızır...

Bakı. Trend:

"Volkswagen Group Rus" şirkəti Rusiyada 4,5 minə yaxın "Audi" markalı avtomobili geri çağırıb.

Trend-in məlumatına görə, qərar mümkün yanacaq sızması ilə əlaqədardır.

Qeyd edək ki, geri çağırılma 2013-2018-ci illər arasında Rusiyada satılmış A4, A5, A6, A7, A8 və Q7 modellərinə şamil olunur.

Bu avtomobillərdə təmir işləri ödənişsiz əsasda həyata keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti