...

OPEC+ sazişinin uzadılması barədə qərar bu ilin iyununda qəbul edilə bilər

İqtisadiyyat Materials 18 Mart 2019 12:32 (UTC +04:00)
OPEC+ sazişinin uzadılması barədə qərar bu ilin iyununda qəbul edilə bilər
OPEC+ sazişinin uzadılması barədə qərar bu ilin iyununda qəbul edilə bilər

Bakı. Sara İsrafilbəyova - Trend:

OPEC+ sazişinin uzadılması barədə qərar bu ilin iyununda qəbul edilə bilər.

Trend-in məlumatına görə, bunu Bakıda OPEC+ Birgə Monitorinq Komitəsinin 13-cü iclası çərçivəsində jurnalistlərə Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii ehtiyatlar naziri Xalid Əbdüləziz əl-Falih deyib.

Nazir əlavə edib ki, aprel ayında bu qərarı qəbul etmək tezdir.

Qeyd edək ki, bu gün Bakıda OPEC və qeyri-OPEC ölkələrinin Nazirlərinin Birgə Monitorinq Komitəsinin 13-cü iclası öz işinə başlayıb. Toplantıda 14 neft istehsalçısı ölkə və OPEC Katibliyi yüksək səviyyədə təmsil olunur.

İclasda OPEC-in bazarın inkişaf tempinin təhlili əsasında hazırlanmış təqdimatı və Müştərək Texniki Komissiyanın (JTC) fevral ayı üzrə hasilat göstəricilərindən bəhs edən hesabatı müzakirə edilir, həmçinin JTC-nin bazarın balanslaşdırılması üzrə tövsiyyələri və neft istehsalının azaldılmasına dair öhdəliklərə əməletmə səviyyəsi nəzərdən keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti