...

6 dövlət əmlakı üzrə 12 sifariş qəbul olunub - Bugünkü hərrac (FOTO)

İqtisadiyyat Materials 9 Aprel 2019 20:51 (UTC +04:00)
Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərrac keçirilib.
6 dövlət əmlakı üzrə 12 sifariş qəbul olunub - Bugünkü hərrac (FOTO)

Bakı. Trend:

Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərrac keçirilib.

Komitədən Trend-ə verilən məlumata görə, hərracda 6 dövlət əmlakı üzrə 12 sifariş qəbul olunub. Özəlləşən dövlət əmlakları Bakı, Gəncə, Şabran və Lənkəranda yerləşir. Onlara kiçik dövlət müəssisələri və qeyri-yaşayış sahəsi aiddir.

Kiçik dövlət müəssisələri arasında zavod və ictimai iaşə obyektləri var. Rəqabətli mühitdə özəlləşən dövlət əmlakı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşir. Ümumi faydalı sahəsi 405.3 kv.m olan bu obyekt 89.5 min manata özəlləşdirilib. Elektron formada hərracda iştirak statusu qazanan vətəndaş isə Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsindəki mehmanxananın sahibinə çevrilib. Ümumi faydalı sahəsi 582.5 kv.m olan bu dövlət əmlakı torpaq sahəsi ilə birgə özəlləşdirilib.

Yüksək iqtisadi potensialı olan “Lənkəran Mexaniki Təmir Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyəti də özəlləşdirilən dövlət əmlakları arasındadır. Lənkəran şəhəri, Heydər Əliyev Prospektindəki zavodun ümumi faydalı sahəsi 3.9 min kv.m-dir. 29.3 min kv.m-lik torpaq sahəsi ilə birgə bu dövlət əmlakı 350 min manata özəlləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti