Bakı. Trend:
Anbarın tikinti-quraşdırma işlərinə 2018-ci ilin oktyabr ayında başlanıb.
Azərbaycan Sənaye Korporasiyası”ndan Trend-ə verilən məlumata görə, “Hazır məhsul anbarı” binasının tikintisinə tələb zavodda istehsal olunan məhsulun satışaqədərki zaman kəsiyində mövcud normalar əsasında açıq atmosfer şəraitindən mühafizə edilməsi zəruriliyindən irəli gəlib.
Bir mərtəbəli anbarın daxili sahəsi 7855.46 kvm, ümumi həcmi 66126.00 m3-dir. İlkin hesablamalara görə anbarda 9000000 ədədə yaxın şərti şüşə taranın müvəqqəti saxlanması nəzərdə tutulub.
“Hazır məhsul anbarı” müasir dövrün tələbinə cavab verməklə fərqlənir, belə ki, burada saxlanılacaq məhsulun keyfiyyətində dəyişiklik yaranması hallarına yol verməmək üçün daxildə təbii havalandırma və yanğından mühafizə sistemləri quraşdırılıb. Hazır məhsulun çeşidlər üzrə rahat və normal yığılması, eyni zamanda yük-nəqliyyat vasitələrinin anbara rahat girişi və məhsulun yüklənməsi üçün mükəmməl şərait yaradılıb.
Tikinti-quraşdırma işlərinin tamamlanması işləri cari ilin 2-ci rübünə nəzərdə tutulub.
Qeyd edək ki, “ASK Şüşə” MMC “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin nəzdində fəaliyyət göstərir.