DGK: “Yaşıl dəhliz” buraxılış sistemi ilə bağlı 500-dən çox müraciət daxil olub

DGK: “Yaşıl dəhliz” buraxılış sistemi ilə bağlı 500-dən çox müraciət daxil olub

Bakı. Trend:

“Yaşıl dəhliz” buraxılış sistemi ilə bağlı 500-dən çox müraciət daxil olub və onlardan 300-ə qədəri müsbət cavablandırılıb.

DGK-dən Trend-ə verilən məlumata görə, 2018-ci ilin dekabr ayının 21-də Prezident İlham Əliyev “Yaşıl dəhliz” buraxılış sisteminin tətbiqinə dair tarixi fərman imzaladı. Fərmana əsasən, gömrük və vergi orqanları ilə münasibətdə, ümumilikdə maliyyə-uçot sistemində ciddi nöqsanları olmayan xarici ticarət iştirakçıları bu sistemdən istifadə edərək gömrük orqanları və ya əməkdaşları ilə təmasda olmadan, mallarını və nəqliyyat vasitələrini gömrük-keçid məntəqələrindən prioritet qaydada gözləmədən və gömrük nəzarətinin hər hansı növü tətbiq edilmədən anbarlarına apararaq müstəqil şəkildə boşalda və ya gömrük təminatlarını nəqliyyat vasitələrinə vuraraq birbaşa ixraca göndərə bilərlər. Qeyd edək ki, bu zaman həmin şəxslər gömrük əməkdaşı ilə təmasda olmur və bütün gömrük əməliyyatları internetə çıxış imkanı olan istənilən məkandan elektron qaydada həyata keçirilir.

Dövlət Gömrük Komitəsi sözügedən fərmanın icrası ilə bağlı xüsusi komissiya yaradaraq sistemin tətbiq mexanizmlərini hazırladı və cari ilin fevral ayının 1-dən etibarən sistemin tətbiqi uğurlu şəkildə həyata keçirildi. 2,5 ay ərzində sistemdən istifadə etmək üçün Komitəyə 500-dən çox müraciət daxil olub və onlardan 300-ə qədəri artıq müsbət cavablandırılıb. Onu da qeyd edək ki, regionda və MDB məkanında analoqu olmayan bu layihə yalnız dünyanın inkişaf etmiş ölkələrində tətbiq edilir və Azərbaycan gömrüyünün bu sahədəki fəaliyyəti və təcrübəsi beynəlxalq aləmin mötəbər qurumları və ekspertləri tərəfindən yüksək qiymətləndirilir.

Lakin ölkəmizin əldə etdiyi bu nailiyyətlər bəzi dairələr və onların mediadakı nümayəndələri tərəfindən qaralanmağa çalışılır, “Yaşıl dəhliz” sisteminin tətbiqi ilə bağlı gömrük orqanlarına qarşı əsassız ittihamlar irəli sürülür.

Bəzi internet xəbər portalları “sahibkarlardan daxil olan müraciətlər”ə əsaslanaraq “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə hüququnun əldə edilməsi ilə bağlı müraciətlərə guya Dövlət Gömrük Komitəsinin subyektiv yanaşdığını iddia edirlər. Bundan başqa, yazıda indiyə qədər 53 müraciətin müsbət cavablandırıldığı, müraciətlərə baxılarkən “ayrı-seçkiliyə” yol verdiyi irəli sürülür.

Müraciətlərə baxılarkən ayrı-seçkiliyə yol veilməsi ilə bağlı Dövlət Gömrük Komitəsi bildirir ki, gömrük işinin təşkilinin bütün sahələrində olduğu kimi “Yaşıl dəhliz” buraxılış sistemindən istifadəyə dair bütün müraciətlər tam şəffaf və obyektiv şəkildə araşdırılır. Bununla bağlı Komitənin rəsmi internet səhifəsində xüsusi bölmə yaradılıb və 24 saat fəaliyyət göstərən dəstək qrupu fəaliyyət göstərir. Aşağıdakı linkdən də bu barədə ətraflı məlumat almaq olar.

http://customs.gov.az/az/faydali/innovativ-layiheler/green-corridor/

Sistemdən istifadə edənlərin sayına gəlincə isə bu rəqəm 53 deyil. İndiyə qədər sistemdən istifadəyə dair 500-dən çox müraciət daxil olub və onlardan 300-ə qədəri müsbət cavablandırılıb. Üstəlik, bu barədə dəfələrlə nəinki Komitənin rəsmi açıqlamalarında, hətta kütləvi informasiya vasitələrində minlərlə açıqlamalar yayımlanıb.

O da iddia edilir ki, sistemdən istifadə etmək istəyənlər İKT sahəsində yüksək bilik və bacarıqlara malik olmalı və ya bu sahədə ixtisaslaşmış mütəxəssisi işə götürməlidirlər ki, bu da sahibkarlar üçün əlavə xərc deməkdir. 21-ci əsrdə xarici ticarətlə məşğul olan şəxsin və ya şirkətin İKT biliklərinə və ya bu sahədə ixtisaslaşmış kadrlara malik olmaması absurddur. Üstəlik, “Yaşıl dəhliz” buraxılış sistemi tamamilə informasiya texnologiyaları sahəsindəki ən son yeniliklər təbiq olunmaqla həyata keçirilir və bunun üçün tələb olunan vəsait xarici ticarətlə məşğul olanlar üçün cüzi sayılacaq qədər azdır.

Yazıda “Belə ki, “Yaşıl dəhliz”dən istifadə etməyənlər növbə gözlədiyi halda, gömrük keçidindən “Yaşıl Dəhliz” istifadəçiləri növbədən kənar keçməsi ilə, uzun vaxt ərzində növbədə gözləyənlərə pis təsir bağışlayırlar. Bu isə sahibkarlar arasında da çaşqınlıq yaradır.” cümlələri isə gülünc və xüsusilə diqqətçəkicidir. Bu cümlələri yazan “sahibkar” və onu dərc edən media orqanı düşünür ki, “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə edənlərə məxsus mal və nəqliyyat vasitələrinin gömrük-keçid məntəqəsindən gözləmədən, gömrük nəzarətinə məruz qalmadan keçməsi digər sahibkarlarda ruh düşkünlüyü yaradır və bu da ölkənin ixrac potensialını aşağı salır. Bu təfəkkür sahiblərinin ölkənin strateji qurumlarından birinin həyata keçirdiyi mütərəqqi ideyalara söykənən layihəyə necə qiymət verəcəyi, hansı meyarlarla dəyərləndirəcəyi isə onların düşüncə tərzindən məlum olur.

Tarix göstərir ki, mütərəqqi ideyalar, qabaqcıl texnologiyalar hər zaman cəmiyyəti irəli aparıb. Ruh düşkünlüyü yaşayanlar isə hər zaman müasir düşüncə tərzinə, yeniliklərə ayaq uydura bilməyənlərdir.

Onu da xatırladaq ki, məqalənin sonunda adları qeyd olunan şəxslərdən isə nəinki “Yaşıl dəhliz” buraxılış sistemindən istifadəyə dair, ümumiyyətlə Dövlət Gömrük Komitəsinə hər hansı müraciət daxil olmayıb.

“Nar” 4G istifadəçilərinin sayı 1 milyonu ötüb (FOTO)
“Nar” 4G istifadəçilərinin sayı 1 milyonu ötüb (FOTO)
Çinin Honor brendi yeni texnologiyalarını onlayn təqdim edib
Çinin Honor brendi yeni texnologiyalarını onlayn təqdim edib
Azərbaycan və Türkiyə yüksək texnologiyalar sahəsində əməkdaşlığı gücləndirəcək
Azərbaycan və Türkiyə yüksək texnologiyalar sahəsində əməkdaşlığı gücləndirəcək
Loading Bars
Xəbər lenti
Bu il Bakı metrosunun 26-cı stansiyası istifadəyə veriləcək
Radikal müxalifətin seçkisonrası ağrıları kəskinləşib - "Politşou" təqdim edir (Videolayihə)
Təhsil Nazirliyi: 2 266 tələbə köçürüləcək
Agentlik: Novruz bayramı ilə əlaqədar şənliklərin keçirilməsi hələ qüvvədədir
Azad Rəhimov: Çalışırıq ki, idmançılarımızı koronavirusdan qoruyaq
Azərbaycanda ov fəaliyyətinin aparılmasına icazə verilən ərazilər açıqlandı
Türkiyəli səfir Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərindən danışdı
Yüksək dağlıq ərazilərdə qarölçmə işləri aparılır (FOTO)
Azərbaycanda qanunsuz heyvan ovlarına görə cərimə məbləğləri açıqlandı
Beynəlxalq Muğam Mərkəzində “Xocalı - bu olub” tamaşası nümayiş olunub (FOTO)
Ucarda ikimərtəbəli ev yanıb
UNEC-in Zaqatala filialında EDUMAN sisteminin tətbiqinə başlanılıb
Agentlik: Koronavirusun Azərbaycan turizminə mənfi təsiri olacaq
Sumqayıtda “Əmioğlu” ləqəbli cinayətkar saxlanıldı (FOTO)
Mədəniyyət və incəsənət biznesinə dair Forum təşkil olunub (FOTO)
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Dilarə Bəhmənovaya dəstək oldu
Hotellərə ulduzların verilməsinə maydan başlanacaq
Koronavirus daha iki ölkədə qeydə alındı
Ötən gün yol qəzalarında 5 nəfər ölüb, 1 nəfər xəsarət alıb
DSX-dən Gürcüstanla sərhədin bağlanması ilə bağlı AÇIQLAMA
ETSN: Ovçuluq bileti əldə etmək ova icazə verilməsi demək deyil
BNA koronavirusa qarşı mübarizə tədbirlərini davam etdirir
Rabitəbankdan ən sərfəli bayram krediti!
Azərbaycan nefti ucuzlaşır
Bakı Ali Neft Məktəbinin nümayəndə heyəti Avrasiya Beynəlxalq Ali Təhsil Sammitində iştirak edib (FOTO)
Azərbaycandan gedən Gürcüstan vətəndaşında virus aşkarlanması barədə RƏSMİ açıqlama
Naqif Həmzəyev Türkiyədə keçirilən “Xocalıya Ədalət həftəsi”ndə iştirak edir (FOTO)
Azərbaycandan Gürcüstana nəqliyyat əlaqəsində məhdudiyyət yoxdur - RƏSMİ
Yol polisi piyadalara çağırış etdi
Bakıda avtobuslar dezinfeksiya edilir
Bakının girişindəki yol genişləndirilir (FOTO)
Bu gündən növbəti “DOST xonçası” aksiyasına başlanır
Avropanın ən yaxşı kurortlarından birində Edem Resort Medical & SPA-da yaz fasiləsi (FOTO)
Sabah “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin VI iclası keçiriləcək
Gəncədə məktəbli qız evdə ölü tapıldı
Bakıda kütləvi dava: Yaralılar var
Qarsda logistika mərkəzi nə vaxt açılacaq?
Xəzər sahilində növbəti monitorinqin nəticələri açıqlandı
Astarada istirahət mərkəzində yanğın olub
“Azərenerji” “Xaçmaz” Elektrik Stansiyasının “itirilmiş” gücünü bərpa etdi (VİDEO)
ABŞ Konqresi Xocalı faciəsinin 28-ci ildönümünü yad edib (FOTO)
İsveçdə daha bir nəfər yeni növ koronavirusa yoluxub
Fevralın 27-də xarici valyutaların manata qarşı məzənnələri
Salyanda ikimərtəbəli ev yanıb
Şirvanda ər arvadını yataq otağında amansızcasına qətlə yetirdi
Atəşkəs iriçaplı pulemyotlar və snayper tüfənglərlə pozuldu - 26 dəfə
Xırdalanda yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib
Alternativ enerji sahəsində sərgilər və konfranslar investorları stimullaşdıracaq - "Iteca Caspian"ın rəhbəri bu sahəyə artan maraq haqqında
Cənubi Koreyada yeni növ koronavirusa yoluxanların sayı 1595 nəfərə çatıb
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub, 14 nəfər təxliyə edilib
“Qarabağ” Azərbaycan həftəsonu məktəbində Xocalı faciəsinə dair kvest keçirilib (FOTO)
Maas İranı dərhal BHFP-nin tam icrasına qayıtmağa çağırıb
Daha iki ölkədə yeni növ koronavirusa ilk yoluxma halı qeydə alınıb
Türkiyədə 4,1 bal gücündə zəlzələ olub
Səfir: Danimarka şirkətləri dayanıqlı enerji sahəsində təcrübəsini Azərbaycanla bölüşə bilərlər
"Brent" markalı neftin qiyməti 52 dollardan aşağı düşüb (ƏLAVƏ OLUNUB)
Səudiyyə Ərəbistanı zəvvarların ölkəyə girişini dayandırır
Çində yeni növ koronavirusdan ölənlərin sayı 2744 nəfərə çatıb
Çindən kənarda koronavirusa yoluxanların sayı 2918 nəfərə çatıb
Tramp: Miluokidə baş verən atışmada 5 nəfər ölüb
Göyçayda birmərtəbəli ev yanıb
Türkiyə və Rusiya Ankarada İdlibi müzakirə ediblər
Strasburqda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib (FOTO)
Türkiyə ordusu 114 Suriya hərbçisini zərərsizləşdirib
Çempionlar Liqası: "Real" "Mançester Siti"yə, "Yuventus" "Lion"a uduzdu
Suriya ordusunun hava zərbəsi nəticəsində 2 Türkiyə həbçisi həlak olub
Daha bir ölkədə yeni növ koronavirusa ilk yoluxma halı qeydə alınıb
Beynəlxalq Muğam Mərkəzinin təşkilatı dəstəyi ilə Xocalı soyqırımının 28-ci ildönümü münasibətilə bədii proqram təqdim olunub (FOTO)
Gəncədə top mərmisi tapılıb (FOTO)
Narkoloji xəstələrin dövlət hesabına müalicə qaydaları müəyyənləşdi
Bakı Konqres Mərkəzində Xocalı faciəsinin ildönümü münasibəti ilə “Könlüm Xocalı” adlı anım tədbiri keçirilib (FOTO)
Pakistanda da yeni növ koronavirusa ilk yoluxma halı qeydə alındı
Moskvada Xocalı faciəsinin ildönümü qeyd olunub (FOTO)
İnternat məktəblərində qanuna uyğun psixoloji yardım həyata keçiriləcək
Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı qeydə alınıb
Xocalı soyqırımı ilə əlaqədar Efiopiyanın Milli Liderlik İnstitutunda açıq mühazirə keçirilib (FOTO)
Azərbaycan və Avropa İttifaqı arasında yeni saziş üzrə danışıqlar aparılır
İranda 39 nəfər yeni növ koronavirusdan sağalıb
İstiliklə bağlı payız-qış mövsümünə hazırlıq işlərinin aparılması qaydası təsdiqləndi
Bəzi təşkilatlar blanklarında gerbdən istifadə edə bilməyəcək
TRACECA bu il üçün planlar və yeni həllərin tətbiqi barədə
Dərsliklərin hazırlanması qaydası müəyyənləşdi - 100 ballıq şkala olacaq
Məktəblərdə tədris ilinin müddəti təsdiq edilib
Pensiyaçılar üçün bu xidmət pulsuz oldu
Ombudsman Aparatının nümayəndələri FHN-nin Mülki Müdafiə Qoşunlarının hərbi hissəsinə baş çəkiblər
Qaradağda 3 avtomobil toqquşub - Ölən var
Azərbaycanın hərbi nümayəndə heyəti İranda səfərdədir (FOTO)
Koronavirusla doğulmuş körpə 17 günə dərmansız sağaldı
Bəhruz Quliyev: Azərbaycan-Türkiyə münasibətləri keyfiyyətcə yeni müstəviyə keçməkdədir
Ombudsman ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyasının nümayəndələri ilə görüşüb
DİN və Baş Prokurorluq Masallıdakı qətllə bağlı məlumat yayıb
“Fitch Ratings” İpoteka və Kredit Zəmanət Fondunun reytinqini təsdiq edib
Ombudsman Aparatının əməkdaşları Silahlı Qüvvələrin Baş Klinik Hospitalına baş çəkiblər
Xocalı faciəsi ilə bağlı İKT-lab və Dövlət Komitəsi maarifləndirici tədbir keçirib (FOTO)
Bolqarıstanda Xocalı soyqırımının 28-ci ildönümü anılıb (FOTO)
Region gənclərimiz Xocalı soyqırımı qurbanlarının xatirəsini anırlar (FOTO)
Məhərrəm Əliyev: Türkiyə və Azərbaycan arasında hərbi-siyasi və strateji əməkdaşlıq ölkələrimizin tərəqqi prosesini daha da sürətləndirəcək
Zaqatalada 9 il əvvəl qətl törədən şəxs saxlanıldı
Ramiz Həsənov: Ermənistan rəhbərliyi tərəfindən həqiqi marağın olmaması münaqişənin həlli prosesinə mane olur (FOTO)
Bakıda saxta kərə yağı istehsal edən müəssisənin fəaliyyəti məhdudlaşdırıldı (FOTO)
Bütün xəbərlər