Ötən yay qəza baş verən “Azərbaycan” İES tam yenidən qurulur (VİDEO)

Ötən yay qəza baş verən “Azərbaycan” İES tam yenidən qurulur (VİDEO)

Bakı. Trend:

Ötən ilin iyul ayında baş verən qəza nəticəsində enerji sistemin çökməsinə səbəb olan Mingəçevir şəhərində yerləşən “Azərbaycan” İstilik Elektrik Stansiyası (İES) istismar müddətini başa vurduğu üçün Prezident İlham Əliyevin göstərişi ilə ən müasir səviyyədə yenidən qurularaq bərpa edilir.

Azərenerji ASC-dən Trend-ə verilən məlumata görə, Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan və respublikada elektrik enerjisinə olan tələbatın 43%-ni təmin edən 8 bloklu “Azərbaycan” İstilik Elektrik Stansiyasında bütün parametrlər üzrə tikinti, yenidənqurma və bərpa işləri aparılır.

Bu günə qədər “Reabilitasiya Proqramı” çərçivəsində Azərenerji ASC tərəfindən stansiyanın 6 saylı enerji blokunda kompleks yenidənqurma işləri aparılıb və nəticəsində 60 meqavat yük məhdudiyyəti aradan qaldırılıb. Həmçinin 500 kilovoltluq Açıq Paylayıcı Qurğunun II dövrəsinin 7 saylı enerji bloku və 1 saylı əlaqə avtotransformatorunun bütün elementləri yeni avadanlıqlarla əvəzlənərək istismara verilib. Nəticədə 7 saylı enerji blokunun gücü 250 meqavatdan maksimum həddə - 310 meqavata çatdırılıb. Bununla yanaşı, hidrogen istehsal edən elektroliz, oksigen qurğularında da təmir işləri aparılıb.

Hazırda sexlər və laboratoriyaların yerləşəcəyi ofis binası təmir olunur, kimya sexi yenidən qurulur, çənlərin bünövrəsi, yeni çənlərin quraşdırılması və borularda izolyasiya işləri aparılır. Paralel olaraq hidrogen, azot-oksigen və hava kompressorları sexinin yerləşəcəyi binada, stansiyanın girişində mövcud yanğınsöndürmə nasosxanasında təmir işləri görülür, həmçinin yağ təsərrüfatının köçürülməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir. “Azərbaycan” İstilik Elektrik Stansiyasında yeni inzibati bina və idarəetmə mərkəzi tikilir. Stansiya ərazisi perimetr boyu elektron hasarla əhatəyə alınması və kamera sisteminin qurulması işləri reallaşdırılır. 1 saylı tüstü borusunun fasadının boyanması və bərpası prosesi gedir, analoji işlər 2 saylı tüstü borusunda isə tam yekunlaşıb. Bununla yanaşı, soyutma su nasos stansiyalarının çıxış su kanallarının əsaslı təmir işləri davam etdirilir. Reagent təsərrüfatı üzrə tikinti və montaj işləri, o cümlədən 9 saylı qazanın sökülməsi işi həyata keçirilir. Maşın zalının yağışdanqoruma işləri yekunlaşmaq üzrədir.

Ölkənin ən böyük 500 kilovoltluq Açıq Paylayıcı Qurgularından biri məhz “Azərbaycan” İstilik Elektrik Stansiyasıda yerləşir ki, onun da 2-ci dövrəsində aparılan işlər artıq başa çatıb. 500 kilovoltluq Açıq Paylayıcı Qurğudan 330 kilovoltuq Açıq Paylayıcı Qurğunun İdarəetmə mərkəzinə kabel xətləri ücün kanal yolunun qazıntı işləri aparılır. Həmçinin enerji bloklarının qazan bölməsinin yağışdan və küləkdən mühafizəsi, o cümlədən yanğından mühafızə binası əsaslı təmir olunur.

Ümumilikdə “Reabilitasiya Proqramı” çərçivəsində “Azərbaycan” İstilik Elektrik Stansiyasında 3 il ərzində turbinlərin, generatorların, rele mühafizə sisteminin, sexlərin, yarımstansiyaların, 500 və 330 kilovoltluq hava xətlərinin, əks-qəza avtomatikasının tamamilə yenidən qurulub bərpa edilməsi nəzərdə tutulub. Bundan başqa, Yuxarı Qarabağ kanalının üzərindən əhali üçün yeni körpü və yol salınması, yeraltı yanğınsöndürmə su boru sistemlərinin bərpa edilməsi istiqamətində işlər görülür.

Ümumilikdə genişmiqyaslı görüləcək işlərin nəticəsində stansiyanın gücü 380 meqavat artılaraq 2000 meqavata catacaq, ən əsası isə “Azərbycan” İstilik Elektrik Stansiyasında dayanıqlılıq və etibarlılıq təmin ediləcək.

Xəzərin bu hissəsində çimərliklər açılır
Xəzərin bu hissəsində çimərliklər açılır
Böyük Britaniya şahzadəsinin "Facebook"da gizli səhifəsi aşkar edilib
Böyük Britaniya şahzadəsinin "Facebook"da gizli səhifəsi aşkar edilib
İnsanların qaraciyərə ziyan vurmadan içə biləcəyi spirtli içkinin həcmi açıqlanıb
İnsanların qaraciyərə ziyan vurmadan içə biləcəyi spirtli içkinin həcmi açıqlanıb
Loading Bars
Xəbər lenti
Azərbaycanda daha 248 nəfər koronavirusa yoluxdu, 101 nəfər sağaldı, 2 nəfər öldü
Müddətli həqiqi hərbi xidmətə növbəti çağırış başa çatdı
Ünvanlı sosial yardımın artıq ödənişini könüllü qaytarmayanlar məhkəməyə veriləcək
Ünvanlı sosial yardımın verilmə müddəti 1 ilə endirilir
Bu yolda hərəkət qısamüddətli məhdudlaşdırılır
Prokurorluq orqanlarının adından sui-istifadə edən şəxslər ifşa edildi
Milli Məclisin növbədənkənar sessiyasının ilk plenar iclasının vaxtı açıqlandı
Mərkəzi Gömrük Hospitalında “Sağlam uşaq” adlı pediatrik müayinələr keçiriləcək
Milli Məclis maska taxmamağa görə cərimələri təsdiq etdi
Ziraat Bankdan Kənd Təsərrüfatına Dəstək Krediti!
Fəzail İbrahimli deputat həmkarlarına çağırış etdi: Məsuliyyətli olaq!
“Sədərək” və “Binə” ticarət mərkəzlərinin rəhbərləri ilə müzakirələr aparılıb
Roma Papası Prezident İlham Əliyevi təbrik edib
Milli Məclisin rəhbərliyi deputatı tənqid etdi
Xəzərin bu hissəsində çimərliklər açılır
AZAL aviabiletlərin ödənişsiz təxsis edilməsi müddətini yenidən uzadıb
Azərbaycan ilə Türkmənistan arasında səfirlikər üçün torpaq sahəsi ilə bağlı saziş təsdiq edildi
Böyük Britaniya şahzadəsinin "Facebook"da gizli səhifəsi aşkar edilib
Elçin Mirzəbəyli: Donald Trampın qərarı insanların şəxsi həyatına olan təhdidlərə qarşı atılan addım kimi dəyərləndirilməlidir
İnsanların qaraciyərə ziyan vurmadan içə biləcəyi spirtli içkinin həcmi açıqlanıb
Azərbaycanda qapalı şəraitdə müxtəlif Olimpiya İdman Komplekslərində məşqlərə icazə verildi
OPEC+ nazirlərinin görüşü daha tez baş tuta bilər
Şəhla Mirzəzadə: Tütünçəkmədən imtinanın təbliği pandemiya dövründə də prioritet istiqamətlərdən biri olaraq icra edilməkdədir
Vətəndaşlar Prezidentə yazırlar: Cənab Prezident, Sizin yürütdüyünüz siyasəti ürəkdən bəyənir və dəstəkləyirik
“Azərkosmos” 2019-cu ili mənfəətlə başa vurub
Goranboyda karantin qaydalarını pozan çay evi aşkarlanıb
İranda koronavirusa yoluxanların sayı 150 mini keçdi
İyunun 1-də 36 dərəcə isti olacaq
Mütəxəssislər elektron siqaretlərin orqanizmə ziyanı barədə
Müdafiə Nazirliyi: Silah gücü düşmənlə danışılacaq yeganə dildir
Naqif Həmzəyev: “Amnesty International”ın Azərbaycana qarşı qərəzli mövqeyi yenilik deyil
Bakıdan ayıya görə ezam olunan mütəxəssis heyəti Şəkidədir
Azərbaycanda bələdiyyə sədrinin qanunsuz əməlləri ifşa olundu
Ermənistan həbsxanasında Cənubi Koreya vətəndaşı intihar edib
Azərbaycana səfər edən Türkiyə vətəndaşlarından 90 günədək viza tələb olunmayacaq
29 il əvvəl törədilmiş dəhşətli cinayətin üstü açılıb
Qurcana çayı tullantılardan təmizlənib
Milli Məclisin deputatı xaricdə təhsil alan azərbaycanlı tələbələrin ölkəyə gətirilməsini təklif edib
Özünü və millətini danan radikallar "demokratiya" axtarır - "Politşou" təqdim edir (Videolayihə)
Nizami Səfərov: Ramil Səfərov barəsində verilən əfv fərmanı beynəlxlaq hüquqi razılaşmadan irəli gəlir
Rusiyada koronavirusa yoluxanların sayı 400 min nəfəri keçib
Rabitəbank-ın reklam layihəsi beynəlxalq festivalda ölkəmizə ilk qızılı qazandırdı
Əli Hüseynli: Ölkə başçısı müasir Azərbaycan tarixi ilə bağlı vacib məsələləri açıqlamaqla tarixçilərə dərs keçdi
Qusarda faciə: Hasar 3 azyaşlının üstünə aşdı, biri öldü
Azərbaycanla Türkiyə arasında dörd sənəd təsdiq edildi
“Naxçıvan” gəmi-bərəsi əsaslı təmir olunub (FOTO)
Abşeronda yük maşını 16 yaşlı oğlanı vurub öldürdü
Şəkidəki ayı Altıağac milli parkına aparılacaq
Bakı Ali Neft Məktəbinin əməkdaşlarının COVID-19 analiz nümunələrinin nəticələri neqativ çıxdı
Sabahdan Azərbaycanın ən böyük ticarət mərkəzi fəaliyyətə başlayır
BU MÜƏLLİMLƏR yerdəyişmə müsabiqəsində iştirak edə bilməzlər
“AccessBank” kart çap avadanlığı - embosser alışı üzrə tender elan edir
İndianapolisdə etirazlar zamanı bir nəfər həlak olub
Beyləqanda kişi keçmiş arvadına kəsici alətlə hücum etdi
Maskasız olan şəxs xəstədirsə, minimum 60 nəfəri koronavirusa yoluxdura bilər - Deputat
Ermənistanda bir gündə 355 nəfər koronavirusa yoluxub
Bakıda 20 yaşlı gəlin kirayə qaldığı evdə ölü tapıldı
Ən çox və ən az vakant müəllim yerləri bu ərazilərdədir - ADLAR
Tovuzda yük avtomobili dərəyə aşıb
Şəbnəm Həsənova: Trampın sosial şəbəkələrlə bağlı qərarı düzgündür və dəstəklənməlidir
Tovuzda piyadanı öldürüb qaçan sürücü tutuldu
Bu məhsullar nikotin asılılığını azaltmağa kömək edir
Türkiyədəki azərbaycanlı gənclərin onlayn I Forumu təşkil edilib
“Həkimlərimizi tanıyın!”: Travmatoloq-ortoped, t.f.d. Ramin Rzayev
Həvəsləndirmə yerlərinin tətbiq olunduğu müəllim yerlərinin sayı açıqlandı
Qəbələdə bir uşaq və heyvan sürüsü bataqlıqda köməksiz vəziyyətdə qalıb
Çində ötən sutka ərzində cəmi 2 nəfərdə koronavirusun aktiv forması aşkarlanıb
Yalnız bu taksi sürücüləri şəhərlərarası sərnişin daşıya biləcəklər
Məktəblərdə daha çox hansı fənlər üzrə vakant müəllim yerlərinin olduğu açıqlanıb
Şəkidə görünən ayıya görə nazirlik mütəxəssis heyəti göndərdi (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB)
Politoloq: Dünyada sosial şəbəkələrlə bağlı real vəziyyət Trampın qərarının tam əsaslı olduğunu göstərir
Peruda koronavirusa yoluxanların sayı 155 min nəfəri ötüb
Azərbaycan Premyer Liqası bu formada təşkil olunacaq
Səfir: Niderland və Azərbaycan bərpa olunan enerji sahəsində əməkdaşlıq imkanlarını tədqiq edir
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 25 dəfə pozub
UNEC-in 90 illik yubileyi ərəfəsində 9-cu ikili diplom proqramı haqqında müqavilə imzalanıb
Mayın 31-də xarici valyutaların manata qarşı məzənnələri
Qırğızıstanda koronavirusa yoluxanların sayı 1 748 nəfərə çatıb
Bu gündən Azərbaycanda xüsusi karantin rejiminə dair məhdudiyyətlərin bir qismi aradan qaldırılıb
Bu gün deputatlar 12 məsələ üçün toplaşır
Bakı-Sumqayıt yolundakı dəmiryol körpüsü yenidən qurulacaq
Bəhruz Quliyev: Azərbaycan sürətli inkişaf edir və dövlətimiz daha çox qələbələrə öz imzasını atacaq
Qazaxıstanda 476 nəfərdə koronavirusa yoluxma qeydə alınıb
Türkiyədə bir sıra daxili uçuşlar bərpa edilir
Ruandada koronavirusdan ilk ölüm qeydə alınıb
Tramp: ABŞ tezliklə tarixin "ən güclü silahlarına" sahib olacaq
ABŞ Konqresmenləri Azərbaycanın Respublika Günü münasibətilə bəyanat veriblər
ABŞ-ın 25 şəhərində etirazlar səbəbilə komendant saatı tətbiq edilib
Cənubi Karolina ştatında Azərbaycan Milli Günü bəyan edildi (FOTO)
Nyu-Yorkda daha 70 etirazçı saxlanılıb
Tramp G7 sammitinin vaxtını dəyişib
Braziliyada koronavirusa yoluxanların sayı rekord sürətlə artır
Tramp Minneapolisdə afroamerikalının ölümünü amerikalıları dəhşətə gətirən faciə adlandırıb
Moskvada koronavirusdan ölənlərin sayı 2 477 nəfərə çatıb
Tovuzda minaatan mərmisi tapılıb (FOTO)
Atlanta şəhərinə Milli Qvardiyanın əsgərləri yeridilib
ABŞ-ın üç şəhərində komendant saatı tətbiq edilib
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 116 mindən çox artıb
Salyanda ikimərtəbəli ev yanıb
Balakəndə top mərmisi aşkarlanıb (FOTO)
Bütün xəbərlər