...

KOBİA nümayəndələri Beynəlxalq İqtisadiyyat Sammitində iştirak ediblər

İqtisadiyyat Materials 29 Aprel 2019 09:51 (UTC +04:00)
24-26 aprel tarixlərində Tatarıstan Respublikasının Kazan şəhərində Rusiya Federasiyası və İslam Əməkdaşlığı Təşkilatının üzv ölkələrinin 11-ci Beynəlxalq İqtisadiyyat Sammiti keçirilib.
KOBİA nümayəndələri Beynəlxalq İqtisadiyyat Sammitində iştirak ediblər

Bakı. Trend:

24-26 aprel tarixlərində Tatarıstan Respublikasının Kazan şəhərində Rusiya Federasiyası və İslam Əməkdaşlığı Təşkilatının üzv ölkələrinin 11-ci Beynəlxalq İqtisadiyyat Sammiti keçirilib.

İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, Tatarıstan Respublikası və İslam Əməkdaşlığı Təşkilatının üzv ölkələri arasında ticari-iqtisadi, elmi-texniki, sosial və mədəni əlaqələrin genişləndirilməsinə dair müzakirələrin aparıldığı tədbirdə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri də iştirak ediblər.

11-ci Beynəlxalq İqtisadiyyat Sammiti çərçivəsində KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Malayziyanın sahibkarlığın inkişafı naziri Mohd Redzuan Yusof ilə görüşərək, təcrübə mübadiləsi və birgə layihələrin reallaşdırılması istiqamətində fikir mübadiləsi aparıb. KOBİA rəhbəri Tatarıstanın sahibkarlığın inkişafı üzrə model müəssisəsində iş prosesi ilə də tanış olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti