...

Bu il TANAP-la 790 mln. kubmetr qaz nəql olunub

İqtisadiyyat Materials 12 İyun 2019 12:26 (UTC +04:00)
Bu ilin yanvar-may ayları ərzində Trans-Anadolu Boru Kəməri (TANAP) vasitəsilə 790 mln. kubmetr Azərabaycan qazı (“Şahdəniz” yatağından hasil edilən) Türkiyəyə nəql edilib.
Bu il TANAP-la 790 mln. kubmetr qaz nəql olunub

Bakı. Elçin Mehdiyev - Trend:

Bu ilin yanvar-may ayları ərzində Trans-Anadolu Boru Kəməri (TANAP) vasitəsilə 790 mln. kubmetr Azərabaycan qazı (“Şahdəniz” yatağından hasil edilən) Türkiyəyə nəql edilib.

Bu barədə Trend-ə Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.

Qeyd edək ki, TANAP Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan "Cənub Qaz Dəhlizi"nin bir hissəsidir.

İyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasim keçirilib.

Uzunluğu 1805 kilometr olan TANAP boru kəmərinin diametri 56 və 48 düym, Mərmərə dənizi boyunca isə 36 düym təşkil edir. Kəmərin dəniz səviyyəsindən maksimal hündürlüyü 2700 metr yüksəklikdə yerləşir. Kəmərdən Türkiyə qazpaylama sisteminə iki qol ayrılıb və onun maksimum illik ötürücülük qabiliyyəti 31 milyard kubmetrdir. Layihənin ilkin mərhələsində illik ötürücülük qabiliyyəti 16 milyard kubmetr qaz təşkil edəcək.

Boru kəməri iyunda Yunanıstan sərhədinə çatacaq. Sınaq işlərindən sonra ilin sonunadək Yunanıstana təbii qaz nəql ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti