...

Dəmir Yolları: Bakı-Tbilisi qatarında yanğın baş verməyib (FOTO)

İqtisadiyyat Materials 9 İyul 2019 17:14 (UTC +04:00)
Hazırda qatarlar öz qrafiki ilə hərəkət edir
Dəmir Yolları: Bakı-Tbilisi qatarında yanğın baş verməyib (FOTO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bəzi kütləvi informasiya vasitələrində dəmir yolunun Padar-Sığırlı mənzilində dünən gecə baş vermiş hadisə ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılıb. Həmin məlumatlarda qeyd olunur ki, guya hadisə yerində yanğın baş verib, sərnişinlər arasında ajiotaj yaranıb.

Bunu Trend-ə "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətindən bildiriblər.

Qeyd olunur ki, bu informasiyalar tamamilə yanlışdır və özündə heç bir həqiqəti əks etdirmir:

"Ötən gecə saat 23:22-də dəmir yolunun Padar-Sığırlı mənzilinin 376-cı kilometrində 38 saylı Bakı-Tbilisi sərnişin qatarı hərəkətdə olarkən, elektrovozun hərəkət istiqamətində arxa seksiyanın cərəyanqəbuledicisi zədələnib, kontakt naqilində qopmalar baş verib. Hadisədən sonra təcili olaraq bərpa işlərinə başlanılıb, elektrovozun cərəyanqəbuledicisi və kontakt naqili müvafiq qaydaya gətirildikdən sonra, qatar 9 iyun gecə saat 02:10-da təyinatı üzrə yola salınb".

Qurumdan qeyd ediblər ki, hadisə nəticəsində heç bir yanğın baş verməyib, xəsarət alan olamayıb, texniki qurğularda baş vermiş nasazlıqlardan başqa digər hallara yol verilməyib.

Hadisə nəticəsində Bakı-Tbilisi sərnişin qatarının hərəkətində 2 saat ləngimə qeydə alınıb. Hazırda qatarlar öz qrafiki ilə hərəkət edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti