...

DGK sədrinin birinci müavini Xızıda vətəndaşları qəbul edib (FOTO)

İqtisadiyyat Materials 12 İyul 2019 18:45 (UTC +04:00)
Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini Xızıda vətəndaşları qəbul edib
DGK sədrinin birinci müavini Xızıda vətəndaşları qəbul edib (FOTO)

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həlli üçün müvafiq tədbir görürlər.

İyulun 12-də Dövlət Gömrük Komitəsi (DGK) sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov Xızı rayonunun sakinlərini, eləcə də bu bölgədə məskunlaşan məcburi köçkünləri qəbul edib.

Qəbulda vətəndaşların gömrük məsələləri ilə bağlı müraciətlərinə baxılıb. Müraciətlər əsasən gömrük orqanlarında işə qəbul və digər gömrük məsələləri ilə bağlı olub.

Qəbul zamanı hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti